Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
Azərbaycanın təbii qaz ixracından gəlir 17 %-dən çox azalıb.2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 7 milyard 179 milyon 791,4 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 7 milyard 716 milyon 69,91 min ABŞ dolları idi. Beləliklə, neft-qaz sektoru üzrə ixrac illik müqayisədə 536 milyon 278,51 min ABŞ dolları və ya 6,95% azalıb.
Bu barədə Marja.az Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.
Neft-qaz sektorunun ümumi ixracdakı payı da ciddi azalıb. 2025-ci ilin ilk 4 ayında bu sektor ümumi ixracın 87,84%-ni təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə pay 60,44%-ə düşüb.
Xam neft ixracı azalıb
2026-cı ilin ilk 4 ayında Azərbaycandan 7 milyon 923 min 86,69 ton xam neft və xam neft məhsulları ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 8 milyon 203 min 845,45 ton olmuşdu. Beləliklə, xam neft ixracının həcmi 280 min 758,76 ton və ya 3,4% azalıb.
Dəyər ifadəsində də azalma qeydə alınıb. 2026-cı ilin yanvar-aprel aylarında xam neft ixracının statistik dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olub. 2025-ci ilin eyni dövründə bu göstərici 4 milyard 562 milyon 682,52 min ABŞ dolları idi. Nəticədə, xam neft ixracından gəlir 197 milyon 384,95 min ABŞ dolları və ya 4,3% azalıb.
Təbii qaz ixracında həcm artıb, gəlir azalıb
2026-cı ilin ilk 4 ayında Azərbaycandan 8 milyard 416 milyon 328,74 min kubmetr təbii qaz ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 8 milyard 160 milyon 29,89 min kubmetr idi. Beləliklə, təbii qaz ixracının həcmi 256 milyon 298,85 min kubmetr və ya 3,1% artıb.
Lakin dəyər ifadəsində ciddi azalma qeydə alınıb. 2026-cı ilin yanvar-aprel aylarında təbii qaz ixracının statistik dəyəri 2 milyard 535 milyon 847,49 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 3 milyard 65 milyon 562,12 min ABŞ dolları idi. Nəticədə, təbii qaz ixracından gəlir 529 milyon 714,63 min ABŞ dolları və ya 17,3% azalıb.
Neft-qaz sektorundakı azalmanın əsas səbəblərindən biri təbii qaz ixracından əldə olunan gəlirin kəskin azalmasıdır. Maraqlıdır ki, qaz ixracının fiziki həcmi artsa da, dəyər ifadəsində ciddi enmə baş verib. Bu isə orta ixrac qiymətinin azaldığını göstərir.
Xam neft üzrə isə həm həcm, həm də dəyər ifadəsində azalma müşahidə olunur. Ümumilikdə, 2026-cı ilin ilk 4 ayında Azərbaycanın neft-qaz ixracında azalma əsasən qaz ixracından gəlirin düşməsi və xam neft ixracının azalması ilə bağlı olub.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
16 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















