970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Birmarket-ə məxsus anbara da zərər dəyib, çatdırılmada gecikmələr, sifarişlərin qəbulunda çətinliklər yaşana bilər" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Birmarket-ə məxsus anbara da zərər dəyib, çatdırılmada gecikmələr, sifarişlərin qəbulunda çətinliklər yaşana bilər" - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə  əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb".

Birmarket-dən Marja.az-a verilən məlumata görə, hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

"Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.

Hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik", - məlumatda qeyd edilib. 

Xatırladaq ki, "Kontakt Home" da bu gün məhsullarının saxlandığı anbarlardan birində yanğın baş verdiyi barədə məlumat yayıb.  "Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq",- "Kontakt Home" mağazalarını idarə edən "ABC Telecom" şirkətinin sosial media səhifələrində paylaşdığı məlumat deyilir.

Birmarket anbarında yanğın Lökbatan qəsəbəsində yanğın Qaradağ rayonu anbarda yanğın Bakı anbar yanğını xəbəri Birmarket anbarına zərər yanğın səbəbilə sifariş gecikməsi Birmarket sifarişlərin çatdırılmasında gecikmə Birmarket anbar fəaliyyəti dayandırıldı Bakı Qaradağ Lökbatan yanğın Birmarket məhsullarının anbarı Birmarket müştəri sifarişləri gecikir anbarda yanğın nəticələri Bakı logistika anbarı yanğın Birmarket anbar təhlükəsizlik tədbirləri yanğın səbəbilə yeni sifariş çətinliyi Birmarket malların təhlükəsiz əraziyə daşınması Bakı yanğın hadisəsi 2026 Birmarket açıqlaması yanğınla mübarizə tədbirləri Azərbaycan anbar yanğını xəbəri
12.05.2026 14:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19