Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Lombardlara nəzarət gücləndiriləcək - Yeni qanun gəlir, onların üzərinə əlavə tələblər qoyacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lombardlara nəzarət gücləndiriləcək - Yeni qanun gəlir, onların üzərinə əlavə tələblər qoyacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) lombardların fəaliyyətinə nəzarəti gücləndirəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda lombardlar məhdud səviyyədə lizinq - maliyyə icarəsi xidmətləri göstərir:

"Biz periodik hesabatlılıq vasitəsilə bu istiqamətdə nəzarəti həyata keçiririk. Amma "Maliyyə icarəsi haqqında" qanunun qəbulu onlar üzərinə də müəyyən əlavə tələblər qoyacaq. Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq".

"Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış "Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Maliyyə icarəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Yeni qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

Sənəddə "alış qiyməti", "geriyə maliyyə icarəsi", "maliyyə icarəsi", "maliyyə icarəsi alan", "maliyyə icarəsi fəaliyyəti", "maliyyə icarəsi müqaviləsi", "maliyyə icarəsi ödənişləri", "maliyyə icarəsi verən", "mühüm iştirak payı", "satıcı", "ümumi dəyər", "vətəndaş qüsursuzluğu" kimi anlayışlar öz əksini tapıb.

Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar.

Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir. Bundan sonra 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.

İş elanları AzVak.az-da

© "Report" 

lombardlar AMB lombard nəzarəti lombard fəaliyyəti Azərbaycan maliyyə icarəsi qanunu Azərbaycan lizinq fəaliyyəti Azərbaycan Milli Məclis iqtisadi siyasət komitəsi Toğrul Əliyev AMB maliyyə icarəsi qanun layihəsi lizinq tənzimlənməsi Azərbaycan AMB lizinq nəzarəti kiçik və orta sahibkarlıq dəstəyi lombard xidmətləri Azərbaycan maliyyə icarəsi müqaviləsi maliyyə icarəsi fəaliyyəti lizinq şirkətləri Azərbaycan AMB tənzimləmə siyasəti Azərbaycan maliyyə bazarı qanunları lizinq reyestri Azərbaycan AMB maliyyə sektoru nəzarəti maliyyə xidmətləri tənzimlənməsi
22.04.2026 17:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
"akart"da yeni limitlər
"akart"da yeni limitlər
22.04.2026 13:13
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19