Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb, lakin müsbət saldo kəskin artıb.

Marja.az xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xarici ticarət əməliyyatlarının ümumi həcmi 6 milyard 264 milyon 31 min ABŞ dolları təşkil edib. Bunun 2 milyard 599 milyon 131 min ABŞ dolları idxalın, 3 milyard 664 milyon 899 min ABŞ dolları isə ixracın payına düşüb. Nəticədə xarici ticarət balansında 1 milyard 65 milyon 767 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illik müqayisədə 70 %-ə yaxın çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə ticarət dövriyyəsi 8 milyard 904 milyon 490.91 min ABŞ dolları olub. Həmin məbləğin 4 milyard 138 milyon 21 min ABŞ dollarını idxal, 4 milyard 766 milyon 470 min ABŞ dollarını isə ixrac təşkil edib. Bu dövrdə müsbət saldo cəmi 628 milyon 450 min ABŞ dolları səviyyəsində qeydə alınmışdı.

Beləliklə, illik müqayisədə ticarət dövriyyəsi azalsa da, idxalın daha sürətli azalması fonunda xarici ticarət balansında müsbət saldo əhəmiyyətli dərəcədə artıb.

2025-ci ilin yanvar-fevral dövrü: 

Xarici ticarət əməliyyatlarının həcmi:  6 264 030.64 min ABŞ dolları

o cümlədən:

İdxal əməliyyatları üzrə: 2 599 131.54 min ABŞ dolları 

İxrac əməliyyatları üzrə: 3 664 899.10 min ABŞ dolları

Saldo: 1 065 767 min ABŞ dolları

2025-ci ilin yanvar-fevral dövrü:

Xarici ticarət əməliyyatlarının həcmi: 8 904 490.91 min ABŞ dolları

o cümlədən:

İdxal əməliyyatları üzrə: 4 138 020.65 min ABŞ dolları

İxrac əməliyyatları üzrə: 4 766 470.26 min ABŞ dolları

Saldo: 628 450 min ABŞ dolları

Azərbaycan xarici ticarət dövriyyəsi 2026 idxal və ixrac statistikası ticarət balansı Azərbaycan müsbət saldo artımı 2026 yanvar fevral ixrac idxalın azalması Azərbaycan gömrük statistikası 2026 xarici ticarət analizi ixracın payı Azərbaycan iqtisadiyyatı idxal göstəriciləri ticarət dövriyyəsinin azalması iqtisadi göstəricilər Azərbaycan qeyri-neft ixracı valyuta daxilolmaları ticarət balansı müqayisəsi 2025 2026 iqtisadi trendlər Azərbaycan xarici ticarət hesabatı makroiqtisadi analiz
17.03.2026 12:50

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18