970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR

İndiyədək 263 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub.

Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.

“Startap” şəhadətnamələri “İmza İdea Lab” MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, “Baysart” MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, “NM Soft” MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, “SALAMXPERT” MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, “AL Digital” MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, “TTC Service” MMC-nin “VmV App” brendi altında VPN servis xidməti, “Narchin” MMC-nin rəqəmsal yük daşıma platforması, “RR Company” MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. 

İş elanları AzVak.az-da

“Startap” şəhadətnaməsi KOBİA Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB subyektləri startap təşəbbüsləri innovasiya fəaliyyəti süni intellekt platformaları bulud əsaslı rəqəmsal xidmətlər rəqəmsal platformalar onlayn marketpleys VPN servis layihəsi rəqəmsal yük daşıma platforması onlayn hüquq xidmətləri gəlir və mənfəət vergisindən azadolma KOBİA müraciət mikro və kiçik sahibkarlıq startap gəlir vergisi güzəştləri İmza İdea Lab Baysart MMC NM Soft MMC SALAMXPERT MMC AL Digital MMC TTC Service MMC Narchin MMC RR Company MMC innovativ KOB layihələri startap inkişaf mərhələsi startap təşəbbüsləri Azərbaycanda
11.03.2026 11:27

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18