Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bank Respublika" Azərbaycan;n özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Respublika" Azərbaycan;n özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) ilə irihəcmli kredit sazişi imzalayıb.

Marja.az Banka istinadən xəbər verir ki, razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.

Reklam_3_11

Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.

“Bu saziş beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıl layihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.” - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: “FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik.”

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bank Respublika FMO Niderland İnkişaf Bankı kredit sazişi beynəlxalq maliyyə iri kredit Azərbaycan manatı kənd təsərrüfatı mikro biznes kiçik və orta sahibkarlıq KOB maliyyələşməsi yaşıl layihələr gənc sahibkarlar qadın sahibkarlar beynəlxalq tərəfdaşlıq maliyyə resursları yerli valyuta krediti valyuta riski inklüziv inkişaf maliyyə sabitliyi Azərbaycanın bank sektoru Tariyel İsmayılov Michael Jongeneel real sektorun dəstəklənməsi investisiya iqtisadi inkişaf strateji əməkdaşlıq bank etibarlılığı
10.10.2025 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18