Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəsmən iqtisadi tərəfdaş oldu - SAZİŞ İMZALANIB
Azərbaycanla BƏƏ arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi iqtisadi əməkdaşlığın gücləndirilməsini, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını nəzərdə tutur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” (CEPA) imzalanıb.
Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyoudi imzalayıblar.
Sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır.
Ölkələrimiz arasında CEPA-nın imzalanması sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açacaq. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsi, sahibkarların, kiçik və orta müəssisələrin qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik






















