Ən yuxarı (mobil)_30

"Azərişıq" gəlirinin böyük hissəsini xərcləyib

1 milyard 731 milyon manat gəlirdən cəmi 15,5 milyon manat xalis mənfəət qalıb. Ötən il mənfəət vergisi daxil şirkətin cəmi xərcləri 1 milyard 715 milyon 978 min manat təşkil edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərişıq" gəlirinin böyük hissəsini xərcləyib

"Azərişıq" ASC 2024-cü ili 15 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 14 milyon 728 min manat xalis mənfəət ilə bağlamışdı.

Marja.az "Azərişıq" ASC-nin 31 dekabr 2024-cü il tarixində tamamlanan il üzrə Konsolidə edilmiş Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, Şirkətin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 825 min manat və ya 5,6% artıb.

"Azərişıq" şirkətininin satışdan gəlirləri 2023-cü ildə 1 milyard 619 milyon 371 min manat ikən, 2024-cü ildə 1 milyard 710 miylon 402 min manata yüksəlib (91 milyon 31 min manat və ya 5,6% artıb). Həmçinin ötən il 21 milyon 129 min manat sair gəlirlər də əldə edib. 

 Ötən il mənfəət vergisi daxil Şirkətin cəmi xərcləri 1 milyard 715 milyon 978 min manat təşkil edib. 

31 dekabr 2024-cü il tarixində "Azərişıq" ASC 3 milyard 620 milyon 686 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 3 milyard 237 milyon 913 min manat cəmi aktivlərə malik idi. 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin əsas missiyası Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarətdir.

04.07.2025 14:20
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ