Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb

“AzerGold” sikkə və külçələrin gerialışı üzrə müştərilərə 1.15 milyon manat ödəniş edib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold”ın qızıl sikkə və külçələrinin geri qaytarılması artıb

“AzerGold” QSC 2025-ci ilin yanvar-may aylarında ümumi çəkisi 85 unsiya olan qızıl sikkə və külçələrin gerialışı həyata keçirilib.

Şirkətin yaydığı məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 244% artım deməkdir. Gerialış əməliyyatları nəticəsində müştərilərə 459 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 376% artımdan xəbər verir.

Reklam_3_11

Bütün fəaliyyət dövri ərzində isə ümumi çəkisi 274.4 unsiya olan qiymətli məhsulların gerialışı həyata keçirilib, ödənişlərin ümumi məbləği 1.15 milyon manat təşkil edib. Ötən dövr ərzində geri alınmış məhsullarının 260.8 unsiya həcminin təkrar satışı həyata keçirilib və 1.23 milyon manat gəlir əldə edilib.

Qeyd edək ki, “AzerGold” tərəfindən satışa çıxarılan məhsulların gerialışı QSC-nin Bakı şəhərində yerləşən Satış və mübadilə mərkəzində həyata keçirilir. Gerialış üçün müştəri məhsulu, onun keyfiyyət sertifikatını təqdim edir. Satış və mübadilə mərkəzinin eksperti tərəfindən məhsul yoxlanıldıqdan sonra Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq qızılın dəyərinə əlavə 2% qazancla müştəriyə ödəniş edilir.

Xatırladılıb ki, “AzerGold” QSC tərəfindən 2019-cu ildən qiymətli metalların pərakəndə satış bazarına Azərbaycanın milli-mədəni irsini əks etdirən müxtəlif dizaynlı sikkələr, eləcə də külçələr təqdim olunur. Məqsəd ölkəmizin mədəni dəyərlərinin təbliği ilə yanaşı, iqtisadi və investisiya potensialının genişləndirilməsi, qiymətli məhsulların ticarətində “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına əlavə töhfə verməkdir.

20.06.2025 17:46
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ