Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəzər dənizinin (gölünün) Azərbaycanna mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili ilə bağlı lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşir.

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə görə, 340 000 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Lisenziyanın qüvvədə olduğu müddətdə isə hər il əlavə 340 000 manat rüsum alınacaq.

Dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günə qədər ödəniləcək.

Qeyd edək ki, Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək

Bununla bağlı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.

Beləliiklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.

Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.

21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.

Kazino oyunları ilə bağlı bəzi əməliyyatlar maliyyə sahəsində aid edilməyəcək

Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq.

Bununla bağlı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda dəyişlik edilməsi təklif olunur.

Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.

Bundan başqa, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4.8-ci maddəsinin tələbləri müştəri 3 min manat və yaxud daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirdikdə tətbiq ediləcək. Həmin maddə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının verifikasiyasını nəzərdə tutur.

© "Report" 

Kazino oyunları
18.06.2025 14:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ