Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azvvallet” şirkəti Mərkəzi Bankdan lisenziya aldı

Mərkəzi Bank tərəfindən “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azvvallet” şirkəti Mərkəzi Bankdan lisenziya aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilib.

Marja.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Azvvallet” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

11 iyul 2024-cü il tarixində Dövlət Vergi Xidməti "Azvvallet" MMC-ni dövlət qeydiyyatına alıb. 817 min 662 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nağıyev Ceyhun Vaqif oğludur. "AZVVALLET" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov ev.15-dir.

"AZVVALLET" MMC pul köçürmələri, xidmətlərin ödənişi, QR kod vasitəsilə hesaba mədaxil xidmətlərini göstərir. Şirkətin saytında verilən məlumata görə, pul köşürmələri hər hansı bir komissiya və gizli ödəniş olmadan vəsaitiniz dərhal köçürülür. Həmçinin qeyd olunub ki, kommunal, internet, mobil rabitə və digər xidmətlərin ödənişini onlayn rejimdə asanlıqla həyata keçirmək mümkündür. QR kod vasitəsi ilə ilə balansınızı artıra və dünyanın istənilən yerində maliyyə vəsaitlərinizi idarə edə biləcəyiniz vədi də verilir.

Azvvallet
17.06.2025 14:46
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ