Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əməkhaqqı xərclərinin 1 milyon artması ilə bağlı açıqlama - “Şirkətimiz böyüyür, komandanın da böyüdülməsinə ehtiyac var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əməkhaqqı xərclərinin 1 milyon artması ilə bağlı açıqlama - “Şirkətimiz böyüyür, komandanın da böyüdülməsinə ehtiyac var"

“Şirkətimiz böyüyür, ehtiyac var ki, peşəkar komandanı böyüdək. Bununla əlaqədar olaraq 2024-cü ildə əməkhaqqı üzrə xərclərimiz 1 milyon manatdan çox artıb”.

Reklam_3_11

Marja.az-ın məlumatına görə, bunu 2024-cü il üzrə Maliyyə nəticələrinə dair mətbuat konfransında PAŞA Kapital İnvestisiya Şirkəti”nin Direktoru Ceyhun Hacıyev bildirib.

O qeyd edib ki, ötən il işçilər ilə bağlı xərclər 1 milyon manatdan çox (1 milyon 32 min manat) artaraq 2023-cü ildəki 2 milyon 59 min manatdan 2024-cü ildə 3 milyon 91 min manata yüksəlib. İşçilər üzrə xərclər bir il ərzində 50% artıb.

Şirkətin 2023-cü ildə cəmi əməliyyat xərcləri 3 milyon 539 min manat ikən, 2024-cü ildə 5 milyon 393 min manata yüksəlib.

Ceyhun Hacıyev əlavə edib ki, ötən il “PAŞA Kapital”ın işçilərinin sayı 23 nəfər artaraq 52 nəfərdən 75 nəfərə yüksəlib. Hazırda isə Şirkətin işçilərinin sayı 83 əməkdaşdır: “İlin sonunda əməkdaşlarımızın sayı 90-100 nəfər civarına çatacaq”.

12.06.2025 10:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ