"Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır" - AÇIQLMA

19 iyun 2025-ci il tarixindən etibarən “Azercell Telekom” fakturasız (SimSim) xətt istifadəçiləri üçün mobil rabitə xidmətlərindən daha rahat və şəffaf şəkildə istifadəni təmin edən yeni tarif mexanizmini tətbiq edir.
Marja.az xəbər verir ki, bu, "Azercell Telekom" şirkətinin yaydığı məlumatda bildirilir.
Yeni qaydalara əsasən, abunəçi balansına tarif haqqı qədər vəsait əlavə etdikdə – misal üçün, 2 AZN – tarif avtomatik olaraq yenilənəcək və nömrə 30 gün müddətində aktiv qalacaq. Bu, təqdim olunan tarifdaxili danışıq və internet resurslarından tam və fasiləsiz istifadə üçün imkan yaradacaq.
Qeyd edilib ki, əvvəlki sistemdə nömrənin aktiv qalma müddəti balansa yüklənən məbləğə əsasən müəyyən edilirdi. Müddət bitdikdə balansda istifadə olunmamış resurslar mövcud olsa belə, xidmətlər dayandırılırdı. Məsələn, “Azercellim” və ya “Bölgə” tariflərinə qoşulmuş istifadəçi 2 AZN yüklədikdə nömrə yalnız 10 gün açıq qalırdı. Bu isə tarif daxilində verilmiş və istifadə olunmamış internet və danışıq resurslarından yararlanmağa imkan vermirdi.
Yeni mexanizm bu məhdudiyyəti aradan qaldıraraq istifadəçilərə daha çevik və müştəri yönümlü təcrübə təqdim edir.
Dəyişiklik bütün növ danışıq kartlarına (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) və elektron balans artırma üsullarına şamil olunur. Artıq balansa yükləmə məbləğdən asılı olmayaraq, sadəcə tarif ödənişi etməklə nömrəni tarif müddəti ərzində aktiv saxlamaq mümkün olacaq.
Bu yenilik “Azercell Telekom”un müştəri təcrübəsini təkmilləşdirməyə və abunəçilərə gündəlik rabitə ehtiyaclarına uyğun daha səmərəli xidmətlər təqdim etməyə yönəlmiş strategiyasının bir hissəsidir.
Müştərilərin xəbərləri

Mastercard və PashaPay arasında mühüm anlaşma - Daha təhlükəsiz və asan beynəlxalq pul köçürmələri gəlir

Azərbaycanın iri şirkəti Qazaxıstanın böyük holdinqilə müqavilə imzaladı - “4You Baku” premium yaşayış kompleksi inşa ediləcək
SON XƏBƏRLƏR
- 1 gün sonra
-
4 d. əvvəl
Tesla-nın İngiltərədəki satışları kəskin şəkildə aşağı düşüb
- 13 d. əvvəl
-
-
49 d. əvvəl
Macarıstan şirkəti Azərbaycana investisiya yatırmaqda maraqlıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın investisiya şirkəti 2024-cü ili zərər ilə bağlayıb
-
15 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

m10 yenilənir!

Tesla-nın İngiltərədəki satışları kəskin şəkildə aşağı düşüb

Mərkəzi bankların qızıl "iştahı"

Macarıstan şirkəti Azərbaycana investisiya yatırmaqda maraqlıdır

Rəsmi məzənnələr açıqlandı

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının ticarət dövriyyəsi 2 dəfədən çox artıb
Ən çox oxunanlar

TPAO şirkəti “Şəfəq-Asiman”a qoşulub

SOCAR ilə “MOL Group” arasında saziş imzalandı - “MOL Group” 65 faiz, SOCAR isə 35 faiz paya sahib olacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə hazırlıq işlərini tamamlayırıq"

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib

Kristal.az ilə mənzil seçimi indi daha sürətli, daha rahat! ®

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
