Bankların cəmi kredit portfeli cüzi artıb, biznes kreditləri portfeli kiçilib
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayı üzrə bank sektoru üzrə statistikaları açıqlayıb.
Marja.az Mərkəzi Bankın Statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayında bankların kredit portfeli 0.1% və ya 37 milyon manat artaraq 27 milyard 514.7 milyon manat olmuşdur.
Artımın cüzi olması yanvarda bankların cəmi biznes kreditləri portfelinin kiçilməsilə əlaqədardır. Yanvarda bankların biznes kreditləri portfelindəki azalma istehlak və ipoteka kreditləri portfelindəki artımlaın böyük hissəsini silib. Belə ki, bankların cəmi istehlak kreditləri portfeli 106,7 milyon manat, ipoteka kreditləri portfeli 7,6 milyon manat artarkən, cəmi biznes kreditləri portfeli 77,3 milyon manat azalıb. Beləliklə, istehlak və ipoteka portfelindəki cəmi 114,3 milyon manatlıq artımın 77,3 milyon manatı silindiyindən, bank sektorunun cəmi kredit portfeli cəmi 37 milyon manat artıb.
31 Yanvar 2025-ci il tarixində bankların cəmi kredit portfelinin strukturu:
1) biznes kreditləri – 53.5% (14 milyard 709.9 milyon manat);
2) istehlak kreditləri – 31.1% (8 milyard 551.7 milyon manat)
3) ipoteka kreditləri – 15.4% (4 milyard 253.1 milyon manat).
2024-cü ilin Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 milyon manat artmışdı.
2024-cü ilin Dekabr ayında isə bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27 milyard 477.7 milyon manata, o cümlədən biznes kreditləri 14 milyard 787.2 milyon manata, istehlak kreditləri 8 milyard 445 milyon manata, ipoteka kreditləri isə 4 milyard 245.5 milyon manata çatmışdı.
BANK SEKTORU CÜZİ BÖYÜYÜB
Qeyd edək ki, 2025-ci ilin yanvar ayının sonunda fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90.7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402.3 milyon manat, balans kapitalı 6 milyard 688.4 milyon manat olmuşdur. Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdu.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 saat sonra
- 35 d. əvvəl
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























