Türk Lirəsi valyutasında Bankkart artıq VİSA Platinum növündə!
Bu kartın sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcək və bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar.(®) Ziraat Bank Azərbaycan, müştərilərinə daha geniş imkanlar təqdim etmək üçün Türk Lirəsi valyutasında Bankkart Visa Platinum kartını istifadəyə təqdim edib.
Yeni kart, xüsusilə Türkiyəyə tez-tez səfər edən, onlayn alış-veriş edən və ödənişlərdə rahatlıq axtaran müştərilər üçün nəzərdə tutulub.
Yeni Bankkart Visa Platinum TL sahibləri bütün ödənişlərini birbaşa Türk Lirəsi ilə həyata keçirə biləcəkvə bununla da əlavə konvertasiya komissiyalarından azad olacaqlar. Bundan əlavə, Ziraat Bank Türkiyə ATM-lərindən sərfəli şəkildə nağd vəsait çıxarmaq imkanı əldə edəcəklər.
Bankkart Visa Platinum TL, yalnız bir ödəniş kartı deyil, həm də premium üstünlüklər təqdim edən bir məhsuldur. Kart sahibləri üçün Visa Konsyerj Xidməti çərçivəsində aşağıdakı imkanlar təqdim olunur:
• Dünyanın istənilən nöqtəsində otel və restoran rezervasiyası
• Tədbir biletlərinin alınması,
• Avtomobil icarəsi və hava limanı transfer xidmətləri,
• Hava limanlarında Fast Track və Fast Line xidmətləri vasitəsilə vaxt itkisinin qarşısının alınması.
Bundan əlavə, Türkiyəyə səyahət edən müştərilər üçün yeni Bankkart Visa Platinum TL pulsuz rouminq xidməti, səhiyyə xərclərində endirimlər və digər eksklüziv imkanlar da təqdim edir.
Kartı əldə etmək üçün müştərilər onlayn müraciət edə və ya şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşa bilərlər. Yeni Bankkart Visa Platinum TL, 1, 3 və 5 illik müddətə təqdim olunur.
Bununla yanaşı, Bankkart VİSA Klassik kartının da tariflərində bank tərəfindən dəyişikliklər edilib. Müştərilər artıq bu kartı da 1, 3 və 5 illik müddətə əldə edə bilərlər.
Ziraat Bank Azərbaycan tərəfindən bildirilən məlumata əsasən, bank, müştərilərinin tələblərinə uyğun innovativ həllər təqdim etməyə davam edəcək.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























