Səhiyyə Nazirliyi və Gömrük Komitəsindən “arıqlama çayı və kofeləri” xəbərdarlığı
“Arıqlama çayı və kofelərin” tərkibində güclü təsir edən maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib. Bu məhsulların Azərbaycana elektron ticarət yolu ilə və digər üsullar ilə gətirilməsi cinayət məsuliyyətinə səbəb olur. Vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir. Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır. Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin birgə MƏLUMATI
Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və kofeləri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində güclü təsir edən maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.
Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.
Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.
Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür
-
1 saat əvvəl
“Meqa Sığorta”nın yığımları artıb, mənfəəti azalıb – Depozitləri 2,5 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azsığorta” 2026-cı ilin 9 ayını xalis mənfəət ilə başa vururb
-
1 saat əvvəl
Noyabrın 11-də gözlənilən hava şəraiti - fasilələrlə yağış yağacağı gözlənilir
-
2 saat əvvəl
Türkiyədə 17 nəfərin öldüyü faciə – İlham Əliyev Ərdoğana məktub göndərdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı – Neft qiymətləri düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Meqa Həyat Sığorta”nın yığımları 84%, mənfəəti 41% artıb
Ən çox oxunanlar
İstiqrazlarla bağlı gəlir marjası vergitutma obyekti olacaq
“Azərbaycan Sənaye Sığorta” 1,5 milyon manatlıq zərərdən mənfəətə çıxıb – Sığorta haqları 20% azalıb
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb



























