BYD qlobal satışlarda Ford və Honda-nı da ötməyə hazırlaşır
BYD 2024-cü ilin 11 ayı ərzində 3 milyon 760 min ədəd avtomobil satıb. Noyabr ayında 506 min 804 ədəd avtomobil satan şirkət, 2024-cü ildə Ford və Honda-nı geridə qoymağa hazırlaşır. Çin avtomobil bazarında 16,2 faiz bazar payına çatan BYD, istehsal gücünü artıraraq və 200 min yeni işçi işə qəbul edərək qiymət rəqabətində lider olub. General Motors Çindəki əməliyyatlarında 5 milyard dollar zərər elan edərkən, BYD xərclərə nəzarət və güclü satışlar ilə qlobal bazarda liderlik etmək üçün Tesla-nı geridə qoymaq üzrə irəliləyir.
Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD, noyabr ayı satış məlumatlarının açıqlanması ilə bazar payını daha da artırdığını və illik satış hədəflərini aşaraq qlobal satışlarda Ford və Honda-nı keçməyə doğru getdiyini göstərib. BYD, Çində son aylarda davam edən güclü satışların köməyi ilə, 2024-cü ildə dünya üzrə Honda və Ford avtomobillərindən daha çox omaqla illik 4 milyon ədədə avtomobil satış hədəfini keçmək yolundadır.
BYD bu il istehsal gücünü artıraraq, üçüncü rübdə gəlir baxımından Tesla-nı geridə qoymuşdur.
Marja xəbər verir ki, Çindəki güclü satışlar sayəsində BYD bu ilin 11 ayında 3 milyon 760 min ədəd avtomobil satıb. Təkcə noyabr ayında 506 min 804 avtomobil satan şirkət, illik 4 milyon avtomobil satış hədəfini aşmağa çox yaxındır. Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, BYD-nin Çin avtomobil bazarındakı payı oktyabr ayı etibarilə 16,2 faizə yüksəlib. Bu nisbət 2023-cü ildəki 12,5 faizdən əhəmiyyətli artım deməkdir.
Volkswagen-in SAIC və FAW Group ilə birgə müəssisələrinin bazar payı eyni dövrdə 12,5 faiz səviyyəsində qalıb. BYD-nin satış sürəti davam edərsə, şirkətin qarşıdakı 12 ayda 6 milyondan çox avtomobil satacağı və General Motors və Stellantis kimi dünya nəhəngləri ilə bərabər səviyyəyə çatacağı gözlənilir.
2025 hədəfi: 5-6 milyon avtomobil tədarükü
BYD rəhbərliyi ilə görüşdən sonra Citi analitikləri şirkətin 2025-ci il üçün hədəfinin 5-6 milyon ədəd civarında avtomobil satışı olduğunu bildirib. BYD məsələ ilə bağlı şərh verməsə də, şirkətin istehsal gücü ilə bağlı təəccüblü detallar açıqlanıb. BYD avqust və oktyabr ayları arasında 200 000 dədə avtomobil üçün istehsal gücünü artırıb. Həmçinin şirkət nəqliyyat vasitələri və ehtiyat hissələri istehsal etmək üçün əlavə 200 nəfəri işçi işə götürüb. 2023-cü ilin sonunda şirkətin ümumi işçilərinin sayı təxminən 703 min 500 nəfər olduğu halda, sentyabr ayında 1 milyon nəfərə yaxın olub.
BYD-nin sürətli böyüməsi ona xərcləri idarə etməyə və Çindəki gərgin qiymət rəqabətində üstünlük əldə etməyə kömək edib. Şirkət onlarla təchizatçısından qiymət endirimi tələb etməklə xərclərini azalda bilib. Dövlət mediası xəbər verir ki, BYD-nin strategiyası rəqiblərini üstələməkdə təsirli olub.
Xarici istehsalçılar çətinliklərlə üzləşirlər
Xarici istehsalçıların Çində elektromobil bazarında problemləri dərinləşir. General Motors Çindəki əməliyyatlarının yenidən qurulması və müştərək müəssisənin dəyərinin itirilməsi səbəbindən 5 milyard dollardan çox zərər edəcəyini açıqlayıb. GM-in Çində satışlarının azalmasını yerli rəqiblərin artan təzyiqilə əlaqələndirib.
Qlobal elektrik avtomobil bazarında dəyişiklik
Qlobal elektrik avtomobil bazarı 2023-cü ildə sürətli böyümə qeydə alaraq ümumi satışların 14 faizinə çatıb və 10 milyon ədəddən çox elektrikli avtomobil satılıb. Bu artım Tesla və BYD kimi istehsalçıların inkişafından qaynaqlanır. Strategy&-nin araşdırmasına görə, BYD təkcə Çin bazarında güclü iştirakı ilə deyil, həm də beynəlxalq genişlənmə strategiyaları ilə diqqət çəkir.
Bazardakı bu genişlənmə istehsalçılar arasında kəskin qiymət rəqabətinə səbəb olub. Xüsusilə Tesla və BYD aqressiv qiymət endirimləri edərək Çin bazarında liderlik uğrunda mübarizələrini davam etdirirlər. Tesla-nın Model Y üçün təklif etdiyi endirimlər BYD-nin müxtəlif modellərində qiymət endirimləri ilə uyğunlaşdırılır. Barron's-da yer alan xəbərə görə, bu yarış istehlakçılara daha geniş məhsul çeşidi və münasib qiymətlər təqdim edir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR
Son Xəbərlər

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Ən çox oxunanlar

"BRAND CREDIT BOKT" istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir - ŞƏRTLƏR

Azərbaycanın Avropa Bankından cəlb etdiyi borc 13 %-dən çox azalıb

“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb

Amazon-un satışları və mənfəəti artıb

Azər Türk Bankdan müştərilər üçün yeni cashback

Sabahın hava proqnozu açıqlanıb
