Azərbaycandan qeyri neft-qaz məhsullarının ixrac azalıb
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 168 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 22 milyard 169,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dollarını və ya 60 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 867,2 milyon dollarını (40 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4 milyard 434,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 6,0 faiz, o cümlədən idxal 6,7 faiz, ixrac isə 5,7 faiz azalmışdır.
2024-cü ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 10,0 faiz, real ifadədə 19,1 faiz azalaraq 1 milyard 596,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 22,6 faizi İtaliya, 14,3 faizi Türkiyə, 10,0 faizi Rusiya, 7,5 faizi Çin, 4,6 faizi İsrail, 3,2 faizi Almaniya, 3,1 faizi Hindistan, 2,7 faizi Avstraliya, 2,4 faizi Çexiya, hər biri 1,7 faiz olmaqla Xorvatiya, ABŞ və Yunanıstan, 1,5 faizi Gürcüstan, 1,4 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və İran, 1,2 faizi Tailand, hər biri 1,1 faiz olmaqla Ukrayna, Rumıniya, Türkmənistan və Portuqaliya, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 11,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür
İxracın 36,4 faizini İtaliyaya, 15,5 faizini Türkiyəyə, 7,7 faizini İsrailə, 4,4 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Yunanıstana, 2,5 faizini Almaniyaya, hər biri 2,1 faiz olmaqla Bolqarıstan və Gürcüstana, hər biri 1,8 faiz olmaqla Tailand və Rumıniyaya, 1,7 faizini Portuqaliyaya, hər biri 1,3 faiz olmaqla Birləşmiş Krallıq və Tunisə, hər biri 0,8 faiz olmaqla Ukrayna və ABŞ-a, hər biri 0,5 faiz olmaqla Niderland, İndoneziya, Oman, Polşa, Fransa və İsveçrəyə, 3,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (19,2 faiz), Gürcüstana (7,1 faiz), ABŞ-a (6,2 faiz), Omana (4,1 faiz), İsveçrəyə (3,9 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (3,0 faiz), Qazaxıstana (1,6 faiz), Almaniyaya (1,5 faiz), Qırğızıstana (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,3 faiz), Belarusa (1,3 faiz), İtaliyaya (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Çin, 18,2 faizi Rusiya, 12,4 faizi Türkiyə, 6,7 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,2 faizi İran, 3,1 faizi ABŞ, 2,4 faizi İtaliya, 2,3 faizi Koreya, 2,1 faizi Türkmənistan, 2,0 faizi Belarus, hər biri 1,8 faiz olmaqla Yaponiya və Kanada, 1,6 faizi Ukrayna, 1,4 faizi Birləşmiş Krallıq, 1,3 faizi Fransa, 1,2 faizi Hindistan, 1,0 faizi Qazaxıstan, 0,9 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya, İspaniya və Polşa, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 0,7 faiz, tütün – 3,4 dəfə, meyvə və tərəvəz şirələri – 7,6 faiz, meyvə və tərəvəz konservləri – 14,7 faiz, bitki yağları – 4,3 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,4 dəfə, çay – 3,0 faiz, pambıq lifi – 2,1 dəfə, mineral gübrələr – 2,4 dəfə, bentonit gili – 7,9 faiz artmış, təzə tərəvəz ixracı isə 2,9 faiz, kartof – 32,0 faiz, şəkər – 12,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 33,1 faiz, polipropilen – 28,4 faiz, polietilen – 24,0 faiz, elektrik enerjisi – 67,3 faiz, emal olunmamış alüminium – 25,2 faiz, sement klinkerləri – 8,9 faiz, qara metallardan çubuqlar – 6,0 faiz, pambıq ipliyi – 25,3 faiz, qara metallardan borular – 39,5 faiz azalmışdır.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 34,6 faiz, bitki yağları – 25,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 58,9 faiz, şokolad və şokolad məhsulları – 21,9 faiz, unlu qənnadı məmulatları – 15,2 faiz, çay – 6,8 faiz, quş əti və onun əlavə məhsulları – 16,8 faiz, mal əti – 85,9 faiz, təzə tərəvəz – 69,8 faiz, qara metallardan borular – 52,1 faiz, hesablama maşınları, blok və qurğuları – 29,4 faiz, yük avtomobilləri – 26,6 faiz, məişət kondisionerləri – 43,3 faiz, sintetik yuyucu vasitələr – 2,0 faiz, mebellər – 63,8 faiz, qara metallardan çubuqlar – 39,9 faiz, mineral gübrələr – 73,2 faiz, paltaryuyan maşınlar – 2,6 faiz, polipropilen – 34,0 faiz, qara metallardan künclüklər – 2,0 faiz, avtobuslar – 33,8 faiz artmış, buğda idxalı isə 21,7 faiz, xam şəkər – 12,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 68,5 faiz, minik avtomobilləri – 15,4 faiz, dərman vasitələri – 29,8 faiz, polad prokatı – 9,6 faiz, rezin şinlər – 19,7 faiz, polietilen – 13,8 faiz, məişət soyuducuları – 2,8 faiz, sement – 7,3 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
5 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 5 gün sonra
-
- 2 gün sonra
-
8 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
8 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 8 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər


























