İlk 6 ayda 5,3 milyard dollarlıq idxal rüsumundan azad əməliyyatlar olub
Gömrük statistikası: xarici ticarət dövriyyəsi-büdcə daxilolmalarıXarici ticarət dövriyyəsi
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyard 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 milyard 901 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 4 milyard 33,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranmışdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 faiz artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmur.
Belə ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olmuşdur ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Cari ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq 8 milyard 119,4 milyon ABŞ dolları təşkil etmişdir.
Bundan başqa gömrük ödənişlərinə cəlb olunan ölkəyə idxal olunan yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən minik avtomobillərinin həm sayında, həm də dəyərində azalmanın əsas səbəbi istehsal buraxılış tarixindən 10 il ötmüş minik avtomobillərinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.
Ölkəyə idxal olunan hibrid və elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayında isə davamlı artım tendensiyası müşahidə olunur. Cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hibrid mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 22,3 faiz, dəyəri isə 66,8 faiz, elektrik mühərriklə hərəkətə gətirilən minik avtomobillərinin sayı 33,9 faiz, dəyəri isə 32,8 faiz artmışdır.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz azalaraq 1 milyard 596,1 milyon ABŞ dolları təşkil etmişdir. Müqayisə edilən dövrdə qeyri-neft sektoru üzrə ixracın həcmində azalmaya ixrac olunan elektrik enerjisinin həcminin azalması təsir etmişdir. 2024-cü ilin yanvar-iyun aylarında elektrik enerjisinin ixracı nəzərə alınmadan qeyri-neft sektoru üzrə ixracın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 1 milyard 545,0 milyon ABŞ dolları təşkil etmişdir.
İdxalın həcmində azadolmaların xüsusi çəkisi
Hesabat dövrü ərzində qeyri-monetar qızılın idxalının həcminin kəskin artması səbəbindən aparılmış idxal əməliyyatlarının tərkibində idxal rüsumundan azadolmaların həcmi 59,3% olmaqla 5 milyard 257,8 milyon ABŞ dolları, ƏDV üzrə güzəştlərin həcmi isə 30,6% olmaqla 2 milyard 714,0 milyon ABŞ dolları təşkil etmişdir.

Gömrük orqanları xətti ilə büdcə daxilolmaları
Azərbaycan Respublikasının 2024-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsinə əsasən 2024-cü ilin 6 (altı) ayı üzrə Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 252,19 milyon manat proqnoza qarşı 3 milyard 252,22 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunmuş və büdcə öhdəliyi 100 faiz icra olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük rüsum və vergi daxilolmalarında artım 176,85 milyon manat və ya 5,8% təşkil etmişdir.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
9 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
9 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Ən çox oxunanlar
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb






















