Salyan üçün 11,8 milyon manat ayırdı
Prezident İlham Əliyev Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanında nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 11,8 milyon manat ayrılıb.
Sərəncamda deyilir ki, əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Аzərbаycаn Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulub, sakinlərin fasiləsiz içməli su ilə təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.
Bu tədbirlərin davamı olaraq, Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə ilkin mərhələdə həcmi 7500 kubmetr olan bir su anbarının, diametri 720 mm, uzunluğu 7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280 mm, uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin, diametri 315 mm, uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin tikintisi və bir kanalizasiya nasos stansiyasının yenidən qurulması zərurəti yaranıb.
Dövlət başçısı Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməyi tapşırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik




















