Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib
Azərbaycan və Çin dəmir yolları Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı genişləndirirİyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, görüşdə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, iyulun 3-də Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış "Birgə Bəyannamə" ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.
Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə dəmiryol nəqliyyatı ilə tranzit daşımalara subsidiyaların ayrılması, elecə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub.
Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 d. əvvəl
-
15 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 17 d. əvvəl
-
40 d. əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
50 d. əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən çox oxunanlar
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib






























