"Maybo" şirkətinin gəliri 10 milyon manatı, xalis mənfəəti 1 milyon manatı keçib
"Maybo" MMC 2023-cü ili 1 milyon 361 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 809 min manat xalis mənfəət ilə bğlamışdı. Beləliklə, ötən il "Maybo" şirkətinin xalis mənfəəti 552 min manat və ya 68,2% artıb.
Marja.az "Maybo" MMC-nin 31 dekabr 2023-cü il tarixində bitən il üzrə konsolidə maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin satış gəliri 2022-ci ildə 9 milyon 209 min manat ikən, 2023-cü ildə 10 milyon 597 min manat təşkil edib (1 milyon 388 min manat və ya 15,1% artıb).
2023-cü ildə "Maybo" MMC-nin cəmi aktivləri 2 milyon 479 min manat və ya 37,1% artaraq 9 milyon 155 min manata çatıb.
2021-ci ildə dövlət qeydiyyatına alınmış "Maybo" MMC ixtisaslaşdırılmış alət və cihazların satışı və onlara texniki xidmətin göstərilməsi ilə məşğul olur. Şirkətin "Maybo Calibration" MMC-də 90%, "Maybo Service" MMC-də də 90% payı var.
"Maybo" MMC-nin Baş direktoru Midhət Qurbanəliyevdir.
"Maybo" MMC "Fluke", "Trimble", "Anritsu", "Keysight", "Flir", "Fujikura", EXFO, "Textronix", "Olympus", "Stahlwille" və başqaı tanınmış brendlərin sınaq və ölçmə məhsullarını təqdim edir. Şirkət kalibrləmə xidmətlərini də göstərir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 24 d. əvvəl
-
29 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 31 d. əvvəl
-
54 d. əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən çox oxunanlar
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib




























