"GoldenPay" 17 ildir ki, onlayn ödəmələr sahəsində birinciliyini qoruyur!
(®) Azərbaycanın onlayn ödəmələr bazarında ilk şirkəti "Qoldenpey" ASC (GoldenPay) 13 iyul 2024-cü il tarixində fəaliyyətinin 17-ci ilini qeyd edir.
Şirkət 2007-ci ildə yarandığı gündən maliyyə texnologiyalarında innovativ və müştəri yönümlü yanaşması ilə insanların həyatını asanlaşdıraraq sektorda üstün mövqe qazanmışdır.
Hal-hazırda ölkədə elektron ödənişlər ekosistemi qanunla tənzimlənən istiqamət üzrə inkişaf etməkdədir. "Golden Pay" Azərbaycan Respublikasının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu çərçivəsində ödəniş alətlərinin diversifikasiyasını və nağdsız ödəniş sistemlərinin inkişafı strategiyasına uyğun hərtərəfli xidmət göstərməyi hədəf alaraq istifadəçilər üçün bir sıra yeni layihələr və məhsullar üzərində işləyir. Növbəti illər ərzində Golden Pay-in əsas prioriteti elektron pulun emissiyası ilə ölkədə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına dəstək olmaqdır.
"GoldenPay" 2024-cü ildə müasir və etibarlı elektron pul həlləri təklif etmək məqsədilə öz Hesab.az elektron cüzdanını istifadəçilərinə təqdim etmişdir. İstifadəçilər Hesab.az elekton cüzdanını istifadə edərək balanslarını komissiyasız artıra, limitsiz köçürmələr edə və müxtəlif ödəniş əməliyyatlarını sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Həmçinin, Golden Pay Qanunun tələblərinə riayət etmək üçün ödəniş əməliyyatlarının təhlükəsizliyi və davamlılığını, xətasız ödəniş avtorizasiyasını, gücləndirilmiş müştəri autentifikasiyasını və müştəri məlumatlarının qorunmasını daha da yüksək səviyyədə təmin etmək məqsədilə mühüm addımlar atmışdır.
“Golden Pay gələcək illərdə də onlayn ödəniş sistemləri sahəsində aparıcı mövqedə olmağı və innovativ həllər ilə daha çox istifadəçiyə çataraq, onların həyatını asanlaşdırmağı hədəfləyir”, - “Qoldenpey” ASC-nin Baş icraçı direktoru Eynar Abdullayev bildirir.
Onu da qeyd edək ki, şirkət 2011-ci ildə pərakəndə sektorda ödənişlərin aparılması üçün Hesab.az onlayn ödəniş portalını istifadəçilərə təqdim etmiş, habelə biznes sektoru üçün ödəmə sistemlərinin qurulması sahəsində müxtəlif həllər təqdim edərək ötən 17 il ərzində uğurlu nəticələr göstərmişdir.
Şirkət uğurlarının arxasında dəyərli müştərilərinin, biznes tərəfdaşlarının və sadiq əməkdaşlarının olduğuna inanır və onlara səmimi təşəkkürünü bildirir.
2008-ci ildən fəaliyyətə başlayan "Qoldenpey" ASC Azərbaycanın ilk onlayn ödəniş həlləri təqdim edən şirkətidir. Hal-hazırda "Qoldenpey" ASC müştərilərinə Hesab.az onlayn ödəniş portalı, ekvayrinq və müxtəlif onlayn ödəniş həlləri kimi innovativ rəqəmsal maliyyə xidmətləri təklif edir. "Qoldenpey" ASC şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.goldenpay.az saytından, *0713 Çağrı Mərkəzindən və ya rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 24 d. əvvəl
-
29 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 31 d. əvvəl
-
54 d. əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əməkhaqqının gizlədilməsinin qarşısını alacaq yeni mexanizm hazırlanır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən çox oxunanlar
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib




























