Türkiyə Çinin avtomobil nəhəngi ilə müqavilə imzaladı - 1 MİLYARDA ZAVOD TİKİLƏCƏK
BYD beynəlxalq varlığını daha da genişləndirmək üçün Türkiyədə elektrikli avtomobil (EV) zavodu inşa edəcək. Çinin yeni enerji nəqliyyat vasitələri (NEV) istehsalçısı iyulun 8-də Türkiyə hökuməti ilə investisiya əməkdaşlığı sazişi imzalayıb. BYD, 2026-cı ilin sonuna qədər istehsala başlayacaq və illik 150 000 ədəd gücündə olacaq zavodun tikintisi üçün Türkiyəyə təxminən 1 milyard dollar sərmayə qoyacaq.Çinin elektrik avtomobil istehsalçısı BYD ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında investisiya müqaviləsi imzalanıb. Nazirlikdən verilən açıqlamaya görə, razılaşma çərçivəsində 1 milyard dollar investisiya ilə BYD-nin Türkiyədə illik 150 min ədəd gücü olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi, araşdırma və inkişaf mərkəzi qurulması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, Çinin avtomobil nəhəngi ilə müqavilə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Dolmabahçe İş Ofisində sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb.
Razılaşma çərçivəsində BYD-nin Türkiyədə illik 150 min ədəd avtomobil gücü olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi, araşdırma və inkişaf mərkəzi qurulacaq. Bu məqsədlə 1 milyard dollar investisiya yatırılacaq.
2026-cı ilin sonunda istehsala başlanması planlaşdırılan zavodda 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.
BYD-nin yaydığı açıqlamada, "Türkiyənin inkişaf edən texnologiya ekosistemi, güclü təchizatçı bazası, yerləşdiyi coğrafi mövqe və ixtisaslı işçi qüvvəsi kimi unikal üstünlükləri sayəsində BYD-nin bu yeni istehsal müəssisəsinə sərmayə qoyması markanın istehsal imkanlarını və logistika səmərəliliyini daha da artıracaq. Biz regionda yeni enerji vasitələrinə artan tələbatı ödəməklə Avropadakı istehlakçılara çatmağı hədəfləyirik”,- deyilir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
25 d. əvvəl
Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
- 46 d. əvvəl
-
51 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən çox oxunanlar
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib





























