1300 metr hündürlükdə istirahət kompleksi - 4 qonaq evi və bir restoran
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı da tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.
İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.
Qeyd edək ki, Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulaq Azərbaycan təbiətinin nadir incilərindən sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
33 d. əvvəl
Burger King paytaxtdan kənarda ilk restoranını Sumqayıtda açdı ®
- 54 d. əvvəl
-
59 d. əvvəl
Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azəralüminium”un gəlirləri artsa da, mənfəəti azalıb – Borclar kəskin artıb
-
1 saat əvvəl
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57,5 milyard manata çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Noyabrın 12-də gözlənilən hava şəraiti
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən çox oxunanlar
Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata yaxınlaşıb
Azərbaycanda inflyasiya 5,6 faizə enib




























