"ABB AI Factory” platforması “IDC Future Enterprise EMEA” mükafatının qalibləri sırasında
(®) Bazar araşdırmaları və konsaltinq xidmətləri sahəsində qlobal qurumlardan olan IDC (Beynəlxalq Data Korporasiyası) ilk dəfə illik “IDC Future Enterprise EMEA” (Avropa, Orta Şərq, Afrika regionunda gələcək sahibkarlıq) mükafatının qaliblərini açıqlayıb.
İlk ilində dünyanın ayrı-ayrı regionlarından 15-dən çox sektordan 600-dən artıq təşkilat proqrama layihələr təqdim edib. Mükafatlandırma “Rəqəmsal infrastruktur”, “İş”, “Dayanıqlılıq”, “Müştəri təcrübəsi”, “İnam”, “İntellekt”, “Əməliyyatlar” nominasiyaları üzrə aparılıb. ABB-nin “ABB Suni İntellekt Platforması” (ABB AI Factory) layihəsi də “İntellekt” nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb.
“ABB AI Factory” 15-dən çox Open Source texnologiyasını özündə cəmləşdirən Big data, Data Science və Süni İntellekt platformasıdır. Bu platforma Bankın əməkdaşlarına birlikdə işləyib effektiv və sürətli şəkildə Süni İntellekt həllərini yaratmaq, onları idarə etmək imkanı verir. Hazırda “ABB AI Factory” platformasında 100-dən çox maşın öyrənməsi modeli işləyir. Qeyd edək ki, bu platformanı başlanğıcdan ABB əməkdaşları yaradıb. Bankın data komandasında hazırda 50-dən çox işçi çalışır. Bu günlərdə istifadəçilərə təqdim edilmiş ABB Süni İntellekt də Bankın data və rəqəmsal komandalarının birgə reallaşdırdığı uğurlu layihələrdəndir.
Müxtəlif nominasiyalar üzrə “IDC Future Enterprise EMEA” mükafatlarını qazanan qlobal oyunçular sırasında Vodafone, Deutsche Bank, Henkel, Koçtaş, Kembric Universiteti, DHL Group, Aksigorta və s. bu kimi qurumlar var.
Layihələrin dəyərləndirilməsi zamanı əsas meyarlardan biri şirkətlərin proqram təminatı, innovasiyalar, rəqəmsal transformasiya, ən təkmil texnologiyalar əsasında mükəmməl infrastruktur yaratması olub.
IDC-nin bu proqramı rəqəmsal biznes erasında təşkilatlara müasir çağırışlara necə uyğunlaşdıqlarını, yeni texnologiyalara hansı şəkildə sərmayə qoyduqlarını nümayiş etdirmək fürsəti verir. “IDC Future Enterprise EMEA” mükafatı rəqəmsal mədəniyyəti inkişaf etdirmək, bu sahədə sağlam rəqabət mühiti yaratmaq üçün düşünülmüş platformadır. Bu mükafat şirkətləri etibarlı sənaye ekosistemlərindən faydalanmaqla mükəmməl infrastruktur qurmağa, müştəri təcrübələrini inkişaf etdirməyə və bu təcrübələrdən qazanmağa motivasiya edir.
Proqram haqqında ətraflı məlumatı buradan əldə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























