"Xalq Bank"ın maliyyə vəziyyəti açıqlanıb
"Xalq Bank" 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Xalq Bank" 2023-cü ili 52 milyon 70 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 27 milyon 215 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 24 milyon 855 min manat və ya 91,3 % (1,9 dəfə) artıb. Xalis mənfəətin artması əsasən gəlirlərin artmasından, həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılmış məbləğin azalmasından qaynaqlanır.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Ötən il "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 191 milyon 891 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 114 milyon 355 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 77 milyon 536 min manat təşkil edib. Bank xalis mənfəətindən 8 milyon 643 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrıb və 16 milyon 823 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Xalq Bank"ın cəmi əməliyyat gəlirləri 139 milyon 531 min manat, cəmi əməliyyat xərcləri 86 milyon 738 min manat, əməliyyat mənfəəti 52 milyon 793 min manat təşkil etmişdi. Bank xalis mənfəətindən 19 milyon 871 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrmış və 5 milyon 439 min manat mənfəət vergisi ödəmişdi
Ötən il "Xalq Bank"ın cəmi gəlirlərinin 52 milyon 360 min manat artmasına qarşılıq, cəmi xərcləri 27 milyon 617 min manat artıb. Bankın gəlirləri xərclərindən daha çox artıdığı üçün, əməliyyat mənfəəti 24 milyon 743 min manat yüksək olub.
2023-cü ildə "Xalq Bank"ın faiz gəlirləri 40,1% artaraq 161 milyon 633 min manat, qeyri-faiz gəlirləri 25,2% artaraq 30 milyon 258 min manat təşkil edib.
BANK BÖYÜYÜB, AKTİVLƏRİ 3 MİLYARD MANAT SƏVİYYƏSİNİ KEÇİB
2022-ci ilin yekunu ilə müqayisədə "Xalq Bank"ın cəmi aktivləri 397 milyon 477 min manat və ya 14,8% artaraq 31 dekabr 2023-cü il tarixində 3 milyard 82 milyon 547 min manata çatıb.
2023-cü ildə "Xalq Bank" tərəfindən müştərilərə verilmiş kreditlər 86 milyon 330 min manat və ya 5% artaraq 1 milyard 826 milyon 964 min manata yüksəlib.
Keçən il "Xalq Bank"da depozitlər 365 milyon 714 min manat və ya 19,7% artaraq 2 milyard 220 milyon 972 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 23 d. əvvəl
- 43 d. əvvəl
-
-
13 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
16 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur























