Azərbaycandakı Rusiya bankının maliyyə vəziyyəti açıqlanıb
"Bank VTB (Azərbaycan)" ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)" 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 11 milyon 904 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 296 min manat və ya 10,9% azalıb. Xalis mənfəətin azalması mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan qayıdan vəsaitin azalması ilə əlaqədardır. Bankın cari fəaliyyətinin nəticəsini daha dolğun əks etdirən əməliyyat mənfəəti artıb.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 34 milyon 972 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 31 milyon 370 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 602 min manat təşkil edib. Həmçinin mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatdan azad olan 9 milyon 676 min manat mənfəətə əlavə edilib. Bank 13 milyon 278 min manat vergilər ödənilənədək mənfəətindən 2 milyon 670 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank VTB (Azərbaycan)"ın cəmi əməliyyat gəlirləri 39 milyon 230 min manat, cəmi əməliyyat xərcləri 37 milyon 314 min manat, əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan ehtiyatdan azad olan 12 milyon 272 min manat mənfəətə əlavə edilmişdi. Bank 14 milyon 188 min manat əməliyyat mənfəətindən 2 milyon 284 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Bank VTB (Azərbaycan)"ın cəmi gəlirlərinin 4 milyon 258 min manat azalmasına qarşılıq, cəmi xərcləri 5 milyon 944 min manat azalıb. Xərclərin gəlirlərdən daha çox azalması ilə əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 1 milyon 686 min manat artıb.
2023-cü ildə "Bank VTB (Azərbaycan)" faiz gəlirlərini artırıb. Eyni zamanda, ötən il Bankın qeyri-faiz gəlirlərinin azalması ilə bərabər qeyri-faiz xərcləri də azalıb.
BANK BÖYÜYÜB
2023-cü ildə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 11 milyon 407 min manat və ya 4,8% artaraq 31 dekabr 2023-cü il tarixində 249 milyon 400 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
Ötən il "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 27 milyon 345 min manat artaraq 187 milyon 120 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 4 milyon 367 min manat artaraq 74 milyon 800 min manata, biznes kreditləri portfeli 14 milyon 365 min manat artaraq 64 milyon 551 min manata, ipoteka kreditləri portfeli isə 8 milyon 613 min manat artaraq 47 milyon 769 min manat yüksəlib.
Ötən il "Bank VTB (Azərbaycan)"da fiziki şəxslərin depozitləri 1 milyon 512 min manat artaraq 65 milyon 305 min manata çatıb.
31 dekabr 2023-cü il tarixində "Bank VTB (Azərbaycan)" 83 milyon 638 min manat məcmu kapitala malik olub.
MƏCMU KAPİTALI ARTIB
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları “Bank VTB” İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözəl Ağayevdir (0.01%). Bank 2022-ci ilin sonunda 73 milyon 594 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
29 d. əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
-
-
3 saat əvvəl
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
-
7 saat əvvəl
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda Çinin “iSoftStone” şirkəti ilə "kompüter və elektron avadanlıqlar istehsalına dəstək" müzakirə olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Ən çox oxunanlar
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq



















