"Naxçıvanbank"ın maliyyə vəziyyəti məlum oldu
"Naxçıvanbank" ASC 2023-cü ili 13 milyon 130 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 13 milyon 54 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Naxçıvanbank"ın xalis mənfəəti 76 min manat artıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 83 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 952 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 130 min manat təşkil edib. Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 1 milyon 534 min manat qayıdıb və Bankın mənfəəti 16 milyon 665 min manata yüksəlib. Bank mənfəətindən 3 milyon 535 min manat mənfəət vergisi ödəyib.
2022-ci ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri 27 milyon 101 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 974 min manat, əməliyyat mənfəəti 17 milyon 126 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 633 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmış, 3 milyon 439 min manat mənfəət vergisi ödəmişdi.
Beləliklə, ötən il "Naxçıvanbank" ASC-nin əməliyyat gəlirlərinin 982 min manat artmasına qarşı, əməliyyat xərcləri 2 milyon 978 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəəti 1 milyon 996 min manat azalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan ayrılan vəsait bu azalmanı bağlayıb.
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 206 milyon 208 min manat cəmi aktivlərə, o cümlədən 130 milyon 719 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər), 63 milyon 418 min manat depozit portflelinə malik olub. Bank 2022-ci ili sonunda 346 milyon 462 min manat cəmi aktivlərə, 173 milyon 623 min manat kredit portfelinə, 155 milyon 416 min manat depozit portfelinə malik idi. Ötən il "Naxçıvanbank"ən cəmi aktivləri 140 milyon 255 min manat, kredit portfeli 42 milyon 905 min manat, depozit portfeli 91 milyon 998 min manat azalıb.
Keçən il "Naxçıvanbank"ın qiymətli kağızlara investisiyaları 64 milyon 757 min manat azalaraq 17 milyon 719 min manata geriləyib.
31 dekabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 50 milyon 997 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 102 milyon 564 min manat məcmu kapitala malik idi. Ötən il Bankın nizamnamə kapitalı isə 50 milyon manat azalaraq 94 milyon manatdan 44 milyon manata düşüb.
Qeyd edək ki, "Naxçıvanbank" ASC-nin aktivlərində və məcmu kapitalındakı azalma ötən il Bankın portfelinin bir hissəsinin "Kapital Bank"a ötürülməsilə əlaqədardır.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
10 d. əvvəl
DeepSeek maliyyələşmə raundunu 15 milyard dollara qədər artırmağı nəzərdən keçirir
-
33 d. əvvəl
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
-
40 d. əvvəl
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
- 46 d. əvvəl
- 53 d. əvvəl
-
15 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
15 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Ən çox oxunanlar
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb






















