"Bakıda taksidən istifadə 14 % azalıb"
Taksi və metrodan istifadə edənlərin sayı azalıb, avtobuslardan istifadə edənlərin sayı isə artıbAzərbaycanda taksi xidməti sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təxminən 14 % azalıb.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında bildirib.
"Təhlillər onu göstərir ki, xüsusilə taksi ilə metroya və yaxud metrodan edilən səfərlərin sayı ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə çatıb. Həmçinin avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb", - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini bildirib ki, taksi sifarişi operatorları icazə əsasında fəaliyyət göstərməyə başlayıb, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün taksi sürücləri təlimlərə cəlb edilib: "AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günə qədər 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib. Amma bu məsələnin tam həlli deyil. Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir".
"Təəssüflər olsun ki, oxşar şəhərlərlə müqayisədə Bakıda hər min nəfərə düşən taksilərin sayı 4 dəfə çoxdur. Son dəyişikliklərə əsasən, 14 faiz taksi səfəri azalıb, xüsusən də 3 kilometrlik səfərlərin sayında azalma müşahidə olunub. Bir taksi operatorundan əldə etdiyimiz məlumata görə, ünvandan metroya və metrodan ünvana taksi ilə səfərlərdə 30-40 faiz azalma olub. İlkin mərhələdə 26 min səfərin taksilərdən ictimai nəqliyyata ötürülməsi nəzərdə tutulmuşdu. Artıq bu baş verib”, - deyə o xüsusi vurğulayıb.
© "Report", APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























