“SR GroupCo” şirkəti gələcəyin avtomobilini Bakıda təqdim etdi! - YENİ SALON, 2 MODEL
(®) 9 dekabr 2023-cü il tarixində Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olaraq “SR GroupCo” MMC XPENG brendini Azərbaycan bazarına təqdim etdi!
2014-cü ildə təsis edilmiş XPENG brendi premium seqment üzrə ixtisaslaşan elektrikli avtomobil istehsalçısıdır. Yarandığı ilk gündən bəri yeniliklər edən şirkət, inteqrasiya olunmuş İnternet və Al texnologiyası ilə ağıllı mobilliyin inkişafında lider kimi özünü təsdiq etməkdə davam edir.
Qeyd edək ki, 2022-ci ildə XPENG dünyanın ilk elektrikli uçan avtomobilini hazırlamışdır. Bu layihə avtomobillərin təkcə nəqliyyat vasitəsi deyil, həm də texnoloji yeniliklərə və davamlı gələcəyə doğru bir addım olduğunu göstərir.
Bir sıra fərqli brendlərin distribütorluğunu edən “SR GroupCo” MMC şirkəti son illərdə bütün dünyada olduğu kimi ölkəmizdə də böyük marağa səbəb olan premium elektrikli avtomobil brendlərinin gətirilməsini həyata keçirir. Ölkəmizdə brendin ilkin olaraq P7 və G9 modelləri təklif edilir.
“SR GroupCo” MMC şirkətinin avtomobil sektorunun rəhbəri Toğrul Paşayev müsahibəsində qeyd etmişdir:
“Bazarda seçilən bir sıra brendləri uğurlu şəkildə təqdim etdiyimizi düşünürəm. “Gələcəyi idarə et” sloqanımızla bazara XPENG brendini daxil etdik. Salonumuzun açılışı olduğu gündən bəri salona gələn qonaq sayı bizi çox sevindirir. Müştərilərimizə qabaqcıl texnologiyalara və yüksək keyfiyyət standartlarına əsaslanan ən yaxşı məhsul və xidməti təklif etməyə hazırıq.
Tam elektrikli, ən son texnoloji yeniliklərlə təmin olunan, premium seqmentə aid bu brendin ölkəmizdə çox qısa müddətdə seviləcəyi şübhəsizdir”.
XPENG brendinin təqdim etdiyi modellərlə Babək prospekti 74A ünvanında yerləşən avtosalonuna yaxınlaşaraq daha yaxından tanış ola və sınaq yürüşünə yazıla bilərsiniz. Həmçinin avtomobillərə 10% ilkin ödənişlə sərfəli bank kredit şərtləri ilə sahib olmaq mümkündür.
Qeyd edək ki, "SR Group" MMC-yə daxil olan “SR Elektro motors” MMC şirkəti XPENG brendinin regionda rəsmi distribütorudur.
Xatırladaq ki, “SR GROUP MMC” bir sıra fərqli sektorlar üzrə müxtəlif uğurlu biznes sahələrinə sahib olduğu kimi, avto sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin “Mercedes”, “Skoda”, “Changan”, “Leap Motor” hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir.
Ünvan: Babək Plaza, Babək Prospekti, Ələddin Quliyev küç. 11/31. AZ1025
Telefon: (+994 12) 488 05 70, (+994 12) 488 06 61
E-mail ünvanı: info@srgroupco.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 17 d. əvvəl
- 25 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























