Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixrac gəlirində Çin cəmi 1 faiz paya malikdir
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 193 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 119 ölkəyə məhsul ixrac olunmuş, 184 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 37367,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 23193,2 milyon dollarını və ya 62,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14174,2 milyon dollarını (37,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 9019,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 19,9 faiz, real ifadədə 4,6 faiz azalmışdır. İdxal real ifadədə 4,6 faiz artmış, ixrac isə 7,7 faiz azalmışdır.
2023-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 11,1 faiz, real ifadədə 6,2 faiz artaraq 2 milyard 712,5 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 31,0 faizi İtaliya, 15,5 faizi Türkiyə, 7,9 faizi Rusiya, 5,9 faizi Çin, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 2,9 faizi Yunanıstan, 2,3 faizi Hindistan, 1,8 faizi İspaniya, hər biri 1,7 faiz olmaqla Gürcüstan, Birləşmiş Krallıq və Çexiya, 1,6 faizi Türkmənistan, hər biri 1,4 faiz olmaqla ABŞ və Rumıniya, hər biri 1,1 faiz olmaqla Fransa, Xorvatiya və Vyetnam, 13,6 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 44,8 faizini İtaliyaya, 16,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Yunanıstana, 3,3 faizini Rusiyaya, 2,8 faizini Hindistana, 2,4 faizini İspaniyaya, 2,2 faizini Çexiyaya, hər biri 2,1 faiz olmaqla Gürcüstan və Almaniyaya, 1,8 faizini Rumıniyaya, 1,6 faizini Xorvatiyaya, 1,5 faizini Birləşmiş Krallığa, hər biri 1,3 faiz olmaqla Bolqarıstan və İrlandiyaya, 1,2 faizini Vyetnama, 0,8 faizini Portuqaliyaya, hər biri 0,5 faiz olmaqla Avstriya və İndoneziyaya, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,5 faiz), Türkiyəyə (24,9 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (4,8 faiz), Qazaxıstana (3,1 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,9 faiz), Qırğızıstana (1,6 faiz), Özbəkistana (1,4 faiz), Latviyaya (1,4 faiz), Rumıniyaya (1,3 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,0 faiz), Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,6 faizi Çin, 17,5 faizi Rusiya, 13,5 faizi Türkiyə, 5,4 faizi Almaniya, 4,5 faizi Türkmənistan, 4,3 faizi ABŞ, 2,7 faizi İran, 2,6 faizi Fransa, hər biri 2,5 faiz olmaqla Yaponiya və Koreya, 2,4 faizi İtaliya, 2,0 faizi Birləşmiş Krallıq, 1,8 faizi Belarus, hər biri 1,4 faiz olmaqla Braziliya və Qazaxıstan, 1,3 faizi Ukrayna, 1,2 faizi Hindistan, 0,9 faizi Polşa, hər biri 0,8 faiz olmaqla Vyetnam və Gürcüstan, 12,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 32,6 faiz, təzə tərəvəz – 6,2 faiz, meyvə və tərəvəz şirələri – 32,5 faiz, meyvə və tərəvəz konservləri – 25,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 25,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 52,2 faiz, polipropilen – 70,9 faiz, polietilen – 39,0 faiz, sement klinkerləri – 16,1 faiz, pambıq ipliyi – 30,2 faiz artmış, kartof ixracı isə 9,1 faiz, şəkər – 29,5 faiz, bitki yağları – 32,9 faiz, çay – 63,9 faiz, tütün – 66,3 faiz, pambıq lifi – 15,3 faiz, emal olunmamış alüminium – 1,6 faiz, mineral gübrələr – 15,3 faiz, qara metallardan çubuqlar – 13,7 faiz, qara metallardan borular – 16,8 faiz, bentonit gili – 1,0 faiz, qara metallardan yarımfabrikatlar – 57,8 faiz azalmışdır.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 3,2 faiz, unlu qənnadı məmulatları – 12,7 faiz, şokolad və şokolad məhsulları – 12,6 faiz, mal əti – 93,3 faiz, təzə tərəvəz – 4,9 faiz, siqaretlər – 48,9 faiz, minik avtomobilləri – 33,8 faiz, dərman vasitələri – 2,4 faiz, polad prokatı – 52,5 faiz, qara metallardan borular – 78,1 faiz, hesablama maşınları, blok və qurğuları – 18,6 faiz, rezin şinlər – 23,9 faiz, yük avtomobilləri – 40,9 faiz, sintetik yuyucu vasitələr – 8,7 faiz, mebellər – 13,9 faiz, polietilen – 37,0 faiz, mineral gübrələr – 45,8 faiz, paltaryuyan maşınlar – 55,1 faiz, qara metallardan künclüklər – 23,2 faiz, polipropilen – 46,7 faiz, məişət soyuducuları – 64,2 faiz artmış, buğda idxalı isə 0,7 faiz, xam şəkər – 3,2 faiz, təzə meyvə – 4,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,8 faiz, çay – 5,9 faiz, quş əti və onun əlavə məhsulları – 5,2 faiz, kartof – 16,3 faiz, məişət kondisionerləri – 4,2 faiz, qara metallardan çubuqlar – 4,7 faiz, avtobuslar – 74,2 faiz, sement – 32,2 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
2 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
1 gün əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İlham Əliyev və Ramazan Kadırov “Bakı Ağ Şəhər”də olublar
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Ən çox oxunanlar
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi





















