ABB-dən yeni Tam DigiCard!
(®) ABB rəqəmsal kart məhsulu olan Tam DigiCard-ı təqdim edib.
Tam DigiCard MasterCard debet kartı bir çox bank xidmətlərindən rahat, illik limit olmadan və müxtəlif imtiyazlarla istifadə imkanı yaradır. Kartı anında əldə edib, Apple Pay və Google Pay-lə dərhal yararlanmaq olar.
Tam DigiCard sahibləri ölkədaxili kartlara 7000 AZN-dək köçürmə və nağdlaşdırma əməliyyatları həyata keçirərkən heç bir komissiya ödəmirlər. Karta mədaxil zamanı da xidmət haqqı tutulmur. Bu yeni kartla hesabdakı pul qalığına illik 7%-dək gəlir qazanmaq olar. Həmçinin “Faydalı keşbek” paketlərindən birini seçib marketlərdə, restoranlarda, ərzaq və geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində ödəniş zamanı 10%-dək keşbek əldə etmək mümkündür. Müştəri bu kartla “2xƏDV geri al” xidmətindən də yararlana bilər.
Hazırda Tam DigiCard-ın sifarişi yalnız ABB mobile tətbiqi ilə mümkündür. Müştəri kart sifarişini SİMA İmza ilə rahat formada rəsmiləşdirir. Kart tam pulsuzdur! Kartınızı sifariş edib anında aktivləşdirərək istifadəyə başlaya bilərsiniz, hər hansısa gözləmə müddətinə ehtiyac yoxdur.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
40 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
44 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 46 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
1 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























