Qiymətinə uyğun flaqman. “HONOR 90” smartfonu necə ərsəyə gəlib?
(®) Azərbaycanda yeni “N” seriyalı “HONOR 90” və “HONOR 90 Lite” smartfonlarının satışına başlanılıb. Bu gün biz sözügedən modelin nə vəd etdiyinin şahidi olacağıq.
Ay dizaynı
Nəyə görə ay? Bunu istehsalçının özü kameraların yerləşdiyi hissələrin quruluşuna işarə vuraraq izah edir. Bu cür hissələrin sayı ikidir və hər biri üst-üstə düşən ellips çevrələr şəklində hazırlanır. Burada ideya ondan ibarətdir ki, yaranan həcmli strukturlar azalan və bədirlənmiş Ay fazalarını simvolizə edir.
“HONOR 90”ın bütün mövcud rəngləri arasında marketinq adı “arktik buz” olan model də özünəməxsus yer tutur. Səthin teksturası həqiqətən baxış bucağını dəyişdikdə parıldayan şaxtalı naxışlara bənzəyir.
Klassika sevərlər üçün “HONOR 90”ın hamar örtüklü qara versiyası mövcuddur. Üçüncü rəng isə barmaq izlərini saxlamayan xəfif tutqun səthli zümrüd yaşılıdır.
Qiymətinə uyğun flaqman. “HONOR 90” smartfonu necə ərsəyə gəlib?
120 Hz-ə qədər yeniləmə tezliyi və 1200x2664 piksel təsvir ölçüsünə sahib 6,7 düymlük “OLED” panel. Birincisi o deməkdir ki, ekranda hərəkət zamanı təsvir həmişə mümkün qədər aydın və hamar qalacaq. Yüksək təsvir ölçüsü isə titrəmə olmadan “yumşaq” görüntü almağa zəmanət verir.
3125 Hz-dən yuxarı tezlikdə sayrışmanın gözlər üçün təhlükəli olmadığı hesab edilir. Hətta flaqman smartfonlarda bu rəqəm ən yaxşı halda 2160 Hz təşkil edir. Ancaq “HONOR 90”da impuls genişliyi modulyasiyası (PWM) tezliyi artıq 3840 Hz-dir, yəni müdafiə artıqlaması ilə təşkil olunur, bundan sonra gözlərdə heç bir yüklənmə yaranmır.
“HONOR 90”da görmənin qorunması üçün başqa vasitələr də var. Məsələn, “sirkad gecə ekranı” rejimi gün batdıqdan sonra mavi işığın intensivliyini avtomatik olaraq azaldır və yuxuya getməyinizi asanlaşdırır. Bundan əlavə, ekran 1200 nit tipik parlaqlıq və 1600 nit - pik (HDR kontent izləyərkən) parlaqlıq kimi göstəricilərə sahib olduğu üçün ön plana çıxır.
200 meqapiksel!
Smartfon həm də foto imkanları ilə fərqlənir. f/1,9 diafraqmalı 1/1.4 düym ölçülü 200 meqapiksellik sensor əsas ulduzdur. Sensor iridir və böyük həcmdə işıq tutmaq qabiliyyətinə sahibdir. Bu, xüsusilə zəif işıq şəraitində çəkiliş zamanı faydalıdır.
Kamera təkcə gün ərzində deyil, həm də alatoranlıqda öz vəzifələrini mükəmməl şəkildə yerinə yetirir. Piksellərin birləşməsi texnologiyası sayəsində şəkillər ilkin olaraq 16 meqapiksellik təsvir ölçüsündə əldə edilir. Bununla belə, istəsəniz, əsl 200 meqapiksel təyin edə və bununla şəkildəki uzaq obyektləri yaxınlaşdırıb kəsərkən praktiki olaraq detal itkisi ilə üzləşməyə bilərsiniz.
“HONOR 90” həmçinin fonu tutqunlaşdırmaq və bokeh effekti yaratmaq üçün 2 meqapiksellik sensora, həmçinin təkcə ultrageniş bucaqlı fotoların deyil, həm də makro fotoşəkillərin yaradılmasına cavabdeh olan 12 meqapiksellik sensora malikdir.
“HONOR 90” qabaqcıl “Qualcomm Snapdragon 7 Gen 1 Accelerated Edition” çipində qurulub.
Sözügedən texnologiya oyunlar üçün uyğunlaşdırılıb və oyun zamanı performansı iki dəfə artıra bilən “Adreno Frame Motion Engine” texnologiyasından istifadə edir.
Operativ yaddaşın iki modifikasiyası satışda mövcuddur. Əksər istifadəçilər üçün 8 GB operativ yaddaş və 256 GB fləş yaddaş kifayət edir. Əgər sizin tələbləriniz daha yüksəkdirsə, “Hi-Res” fotoları və 4K videolarla yaddaş yerinizi doldurmağa öyrəşmisinizsə, o zaman 512 GB yaddaş və 12 GB operativ yaddaşa malik modelə diqqət yetirməlisiniz.
Batareya
“HONOR 90”da quraşdırılmış akkumulyatorun tutumu 5000 mAh təşkil edir. Ən ekstremal şəraitdə belə gün ərzində istifadəyə arxayın ola bilərsiniz. Sürətli şarjı dəstəkləyir. Ayrılıqda almaq lazım deyil, qutuda artıq 66 Vt gücündə bir blok mövcuddur. “HONOR 90” enerjini sıfırdan 70%-ə qədər yarım saat ərzində yığır, batareyanın enerji ilə tam doldurulması üçün isə 48 dəqiqə tələb olunur.
Yeni “Honor 90”ı “İrşad”, “Baku Electronics”, “Kontakt Home” və “Smart Electronics” mağazalarından ala bilərsiniz. Sentyabrın 15-dək “HONOR 90” alanlara “HONOR CHOICE Earburds X3” simsiz qulaqlıqları və portativ “HONOR CHOICE Speaker” hədiyyə ediləcək.
“HONOR 90” üç rəngdə (zümrüd yaşılı, gecəyarısı qara və arktik buz) və iki yaddaş ölçüsündə mövcuddur. Smartfonun 12+512GB versiyası 1399,99 AZN, 8+256 GB versiyası isə 1199,99 AZN-ə başa gəlir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 10 d. əvvəl
-
1 saat əvvəl
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür
-
1 saat əvvəl
“Meqa Sığorta”nın yığımları artıb, mənfəəti azalıb – Depozitləri 2,5 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azsığorta” 2026-cı ilin 9 ayını xalis mənfəət ilə başa vururb
-
1 saat əvvəl
Noyabrın 11-də gözlənilən hava şəraiti - fasilələrlə yağış yağacağı gözlənilir
-
2 saat əvvəl
Türkiyədə 17 nəfərin öldüyü faciə – İlham Əliyev Ərdoğana məktub göndərdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı – Neft qiymətləri düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Meqa Həyat Sığorta”nın yığımları 84%, mənfəəti 41% artıb
Ən çox oxunanlar
İstiqrazlarla bağlı gəlir marjası vergitutma obyekti olacaq
“Azərbaycan Sənaye Sığorta” 1,5 milyon manatlıq zərərdən mənfəətə çıxıb – Sığorta haqları 20% azalıb
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb


























