Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qazaxıstan banan yetişdirməyə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan banan yetişdirməyə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“GenGroup Qazaxıstan” şirkəti Qazaxıstanda ilk dəfə olaraq respublikanın Türküstan bölgəsində (cənubda) banan yetişdirməyə başlayıb.

Marja xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Reklam_3_11

"Türküstan bölgəsində banan sənaye üsulu ilə istehsal olunacaq. Türkiyənin "GenGroup" şirkəti bölgədə 5,3 hektar ərazidə istixana kompleksi inşa edib. Yetişdirilən banan Qazaxıstanın iqlim şəraitinə uyğunlaşdırılıb.”, - Kənd Təsərrüfatı Nazirliyinin press-relizində deyilir.

Məlumata görə, yaxın vaxtlarda istixana daha beş hektar genişləndiriləcək ki, bu da ildə 1000 tona yaxın banan istehsal etməyə imkan verəcək. İlk məhsulun 6-8 aydan sonra yığılması planlaşdırılır. İstixanalarda ekzotik meyvələrlə yanaşı, pomidor və çiyələk də yetişdiriləcək.

Layihənin ilkin mərhələdə dəyəri dörd milyon ABŞ dollarıdır. Tikinti zamanı Türkiyə şirkəti yüksək möhkəm konstruksiyalardan istifadə edib, istixanalar iqlim nəzarəti və adaptiv qidalanma sistemi ilə təchiz olunub ki, bu da ən əlverişsiz hava şəraitində belə bitkilərin genetik potensialını tam üzə çıxarmağa imkan verir.

14.08.2023 12:04
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ