Azərbaycanda sayı ən çox artan və ən çox sürülən avtomobillər məlum oldu - SİYAHI
2022-ci ildə Azərbaycanda ən çox Toyota, Hyundai və KİA markalı avtomobillər artıb.Azərbaycanda dövlət qeydiyyatında olan minik avtomobillərinin sayı 2022-ci ildə 2021-ci illə müqayisədə 70 min 563 ədəd artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyon 419 min 870 ədədə çatıb.
Marja.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, ötən il Azərbaycanda ən çox Toyota (+13 min 435), Hyundai (+12 min 8), KİA (+11 min 598), Opel ( +6 min 578), Chevrolet (+5 min 198), Nissan (+3 min 411), Mercedes (+3 min 256), BMW (+2 min 817), Honda (+1 min 683), Ford (+1 min 371) və Land Rover (+859) avtomobillərinin sayı artıb.
Qeyd edək ki, taksi xidməti fəaliyyəti üçün daha çox alınan Toyota Prius modeli nəzərə alınmasa, ötən il də Azərbaycanda ən çox Hyundai markalı avtomobillər alınıb. Ötən il Azərbaycanda dövlət qeydiyyatında olan Hyundai avtomobillərinin sayı ilk dəfə 100 min ədəd səviyyəsini keçərək 105 min 833 ədədə çatıb.
2022-ci ildə Çin markalarının avtomobillərinin sayında da ciddi artım olub. Changan, Geely, Chery, FAW və MG avtomobillərinin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda ən çox VAZ, Mercedes, Hyundai, Toyota, KİA, Chevrolet, Opel, Nissan, BMW, GAZ və Mitsubishi markalı avtomobillərdən istifadə olunur.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda cəmi nəqliyyat vasitələrinin (minik və yük avtomobiləri, avtobuslar, motosikllar, xüsusi vasitələr) sayı 78 min 510 ədəd artaraq 1 milyon 645 min 253 ədədə yüksəlib. Ötən il hər 1000 nəfərə 162 ədəd avtomobil, il hər 1000 nəfərə 141 ədəd minik avtomobili, hər 100 ailəyə isə 58 ədəd şəxsi minik avtomobili düşüb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda minik avtomobillərinin sayı 84 min 765 ədəd artaraq 1 milyon 349 min 307 ədədə yüksəlmişdi. Həmin il hər 1000 nəfərə 156 ədəd avtomobil, 135 ədəd minik avtomobili və hər 100 ailəyə isə 59 ədəd minik avtomobili düşmüşdü.
2021-ci ildə Azərbaycanda ən çox Toyota (+16 min 736), Hyundai (+12 min 754), KİA (+12 min 93), Chevrolet (+10 min 824) və Opel (+8, min 532) markalı avtomobillər artmışdı.
Müştərilərin xəbərləri
"Avant" Bakıxanovda yeni premium layihəyə start verdi: "Green by Avant"da 10% ilkin ödənişlə ipoteka imkanı - FOTO + VİDEO
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
18 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox aartıb
-
- 30 d. əvvəl
- 37 d. əvvəl
-
42 d. əvvəl
"Müharibə üçün dua et - Mharibələr neft şirkətlərini gücləndirir"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kart mədaxillərinə niyə limit tətbiq edildi? Səbəb açıqlandı
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox aartıb
Toyuq əti istehsalında kəskin artım – Necə olacaq?
"Müharibə üçün dua et - Mharibələr neft şirkətlərini gücləndirir"
Prezident 4 səfiri geri çağırdı, 2 yeni təyinat etdi
Kredit Həyat Sığortasına maraq niyə artır?
Ən çox oxunanlar
Kart mədaxillərinə niyə limit tətbiq edildi? Səbəb açıqlandı
Avqustun 11-də gözlənilən hava şəraiti
ASA-nın İcraçı direktorunun adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - RƏSMİ AÇIQLAMA
6 ayda 15 milyon manat xalis mənfəət əldə edib
AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edib




















