İnflyasiya üzrə monitorinq üçün İşçi Qrup yaradıldı
İşçi Qrupu ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə yaradılıb.
Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb.
Marja xəbər verir ki, sərəncamda qeyd edilib ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilmişdir. Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir.
Ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb.
Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir.
Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə İşçi qrup yaradılıb:
İşçi qrupun rəhbəri:
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri
İşçi qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru.
Qeyd olunan dövlət orqanları (qurumları) İşçi qrupda təmsil olunacaq nümayəndələri barədə təkliflərini 5 (beş) gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər. İşçi qrupuna tapşırılıb ki, ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin.
Müştərilərin xəbərləri

"Batıgöz" və "Pasha Investments" arasında strateji əməkdaşlıq: Azərbaycanın səhiyyə sektoruna güclü investisiya mesajı
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Şüşə vitrinlərinizi çöl görüntüsünü pozmadan reklam sahəsinə çevirin!
-
2 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəsmən iqtisadi tərəfdaş oldu - SAZİŞ İMZALANIB
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub, Şirkətə icrası məcburi göstəriş verilib
-
4 saat əvvəl
Topdansatış şirkəti 2024-cü ili 2 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
- 4 saat əvvəl
-
5 saat əvvəl
Lizinq şirkətinin 1 milyonluq istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
50 investor 1 milyon ödəyib, BOKT "International”ın istiqrazlarını əldə etdi
-
5 saat əvvəl
Əkin sahələri üzrə sığorta ödənişlərində rekord artım – 4,4 MİLYON MANATI KEÇDİ
- 5 saat əvvəl
Son Xəbərlər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəsmən iqtisadi tərəfdaş oldu - SAZİŞ İMZALANIB

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Bakı metrosu xarici bankdan kredit cəlb edəcək
Ən çox oxunanlar

Yaponiyanın avtomobil istehsalçıları ABŞ-a ixrac etdikləri avtomobillərin qiymətlərini aşağı salıblar

Ərəb Əmirliklərindəki görüş barədə RƏSMİ AÇIQLAMA

"Batıgöz" və "Pasha Investments" arasında strateji əməkdaşlıq: Azərbaycanın səhiyyə sektoruna güclü investisiya mesajı

Azərbaycanda bir nəfəri orta hesabla ayda 482,8 manatlıq mallar alıb

Azərbaycanda illik inflyasiyanın sürəti 6,3 faizdən 6 faizə düşüb
