"Ermənistan Azərbaycan ərazisini Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıyıb" - Prezident
Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
“Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.
"Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır"
"Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.
Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”. Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
"Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz"
"Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz".
Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
21 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 28 d. əvvəl
-
41 d. əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Alphabet" şirkəti "Intersect Power"ı 4,75 milyard dollara satın alır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
























