"Şahdağ Turizm Mərkəzi"ndə 100 milyon manata yaxın zərər
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8 milyon 688 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 344 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Şahdağ Turizm Mərkəzi"nin xalis zərəri 2 milyon 344 min manat və ya 37% artıb.
Marja.az xəbər verir ki, ötən ilin zərəri də daxil olmaqla "Şahdağ Turizm Mərkəzi" QSC-nin yığılmış zərəri 97 milyon 177 min manata yüksəlib.
Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri (satış və xidmətlərdən gəlir) 9 milyon 608 min manat (2021-ci ildə 6 milyon 147 min manat) qeyri-birja əməliyyatlarından gəliri (dövlət büdcəsindən subsidiya) 12 milyon 77 min manat (2021-ci ildə 13 milyon 980 min manat) təşkil edib. Göründüyü kimi, Mərkəzin büdcədən aldığı subsidiya azalıb, özününü təmin etdiyi gəlirlər artıb. Həmçinin, ötən il "Şahdağ Turizm Mərkəzi" 784 min manat sair gəlirlər əldə edib (2021-ci ildə 1 milyon 273 min manat).
XƏRCLƏRİ ARTIB
2022-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi gəlirləri 22 milyon 469 min manat, cəmi xərcləri 31 milyon 156 min manat olub. 2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi gəlirləri 21 milyon 400 min manat, cəmi xərcləri 27 milyon 744 min manat təşkil etmişdi.
AKTİVLƏRİ AZALIB
31 Dekabr 2022-ci il tarixində "Şahdağ Turizm Mərkəzi" QSC 302 milyon 204 min manat cəmi aktivlərə malik olub. Mərkəzi 2021-ci ilin sonunda 312 milyon 5 min manat cəmi aktivlərə malik idi.
Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb və Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 5 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
“Assist Finance” 800 min manatlıq diskontlu istiqraz buraxır
Rusiyanın buğda ixracı 14 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
VTB (Azərbaycan)-da yeni təyinatlar olub
İnvestorlara 15 faiz gəlir vəd edən istiqrazlar ticarətə buraxılır
Naxçıvanın şirkəti səhmlərinin Bakı Fond Birjasında ilkin kütləvi təklifini (İPO) hədəfləyir - MÜQAVİLƏ İMZALANIB
Korporativ həyat sığortası şirkətlərə hansı imkanları yaradır? İR rəhbərinin müsahibəsi






















