Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb.
"Marja" xəbər verir ki, Fərmanın məqsədi qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkilidir.
Fərmanda deyilir ki,
Prezident Administrasiyası bu Fərmanın icrasına nəzarəti təmin etsin.
Nazirlər Kabineti:
- bu Fərmanın 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinə əsasən müayinə edilən və barəsində məlumatlar uçota alınmaq üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət reyestrinə daxil edilməsi mexanizminin müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təkmilləşdirilməsini iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;
- bu Fərmana uyğun olaraq tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;
- mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab suların yığılacağı tikili və qurğulara dair tələblərin müəyyənləşdirilməsini bir ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını nəzarətdə saxlasın və Əmlak Məsələləri Dövlət Xidmətinin qaldırdığı vəsatətə əlavə olunan yerquruluşu planında göstərilən koordinatlar daxilində istismarına icazə verilmiş qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsini vəsatət qaldırıldığı tarixdən 15 (on beş) gün müddətində təmin etsin;
- bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən və 2026-cı il iyunun 1-dək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının torpaq, şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı həmin qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təşkil etsin;
- bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Prezidentə məlumat versin;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yaxud aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aşağıdakıları təmin etsinlər:
- istismara icazə verildiyi gündən 3 (üç) iş günü müddətində həmin icazənin və qeyri-yaşayış binasının layihəsinin elektron nüsxəsinin Xidmətə və bu Fərmanın 6-cı hissəsinin birinci abzasında nəzərdə tutulan qurumlara göndərilməsini;
- istismarına icazə verilmiş qeyri-yaşayış binalarının siyahısının rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən 3 (üç) iş günü müddətində bu barədə məlumatı həmin siyahıya daxil edərək onun mütəmadi yenilənməsini;
- Nazirliyin və Xidmətin sorğusu əsasında qeyri-yaşayış binalarının müayinəsi və yerləşdiyi torpaq sahəsinin müəyyən olunması ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların 3 (üç) iş günü müddətində elektron formada təqdim olunmasını.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş müddətdə təmin etsin;
- istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 (on) iş günü müddətində, bu Fərman qüvvəyə minənədək və ya bu Fərmana uyğun olaraq istismarına icazə verilmiş qeyri-yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda həmin icazə əsasında qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;
- bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan vəsatətə torpaq sahəsinin sərhədlərini və onların döngə nöqtələrinin koordinatlarını əks etdirən yerquruluşu planını əlavə etsin.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC, eləcə də “Azərişıq” ASC və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq:
- Nazirliyin müraciəti əsasında 5 (beş) iş günü müddətində qeyri-yaşayış binalarının mühəndis-kommunikasiya sistemlərinin istismara hazırlıq baxımından müayinə olunmasını və nəticəsi barədə Nazirliyə məlumat verilməsini təmin etsinlər;
- sifarişçinin (sahibin) müraciəti əsasında və onun vəsaiti hesabına istismarına icazə verildiyi gündən iki ay müddətində qeyri-yaşayış binalarının su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etsinlər.
Bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonalarında və torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşən qeyri-yaşayış binalarının (tikilmiş və tikintisi başa çatmayan) inventarlaşdırılması aşağıdakı qaydada təmin edilsin:
- mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus hüquqi şəxslər Xidmətin sorğusu əsasında üç ay müddətində, bu Fərmanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş mühafizə zonaları və torpaq sahələri, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqları barədə cari vəziyyətə uyğun məlumatları elektron qaydada Xidmətə təqdim etsinlər;
- Xidmət 2026-cı il iyunun 1-dək bu Fərmanın 7.1-ci bəndində göstərilən məlumatlar əsasında bu Fərmanın 7-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş qeyri-yaşayış binalarını (tikilmiş və tikintisi başa çatmayan) müəyyən edərək, onların inventarlaşdırılmasını, həmçinin invertarlaşdırmanın nəticəsi olaraq qeyri-yaşayış binaları barəsində formalaşan məlumatların Torpaqların elektron kadastr uçotu informasiya sisteminə və rəqəmsal kadastr xəritələrinə daxil edilməsini təmin etsin.
- Fövqəqadə Hallar Nazirliyi, Dövlət Komitəsi, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Mərkəzi Bankın rəhbərliyi üzrə əməkhaqqı xərcləri 40 % artıb
- 47 d. əvvəl
-
1 saat əvvəl
"Azəriqaz" rəsmisi: "Sayğaclarımızda heç vaxt ciddi bir problem yaşanmayıb"
-
-
1 saat əvvəl
Startup World Cup Azərbaycan 2025: Regionun iddialı startapları səhnəyə çıxır
-
1 saat əvvəl
Azercell-in prezidenti konfransda inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Finkaptial BOKT"ın 2024-cü il üzrə maliyyə hesabatları – FAİZ GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
-
16 saat əvvəl
Birjadan BOKT "International” ASC-nin istiqrazları barədə qərar
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Vəfa Musayevə Birbank-ın dəstəyi ilə bayrağımızı Everest zirvəsinə sancdı
-
17 saat əvvəl
ADY nümayəndələri Çinin Sian və Çendu limanlarının fəaliyyəti ilə tanış olublar
Son Xəbərlər

Mərkəzi Bankın rəhbərliyi üzrə əməkhaqqı xərcləri 40 % artıb

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Birjadan BOKT "International” ASC-nin istiqrazları barədə qərar

Azərbaycanda internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün tədbirlər görüləcək

Mikayıl Cabbarova daha bir vəzifə verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Azərbaycanın aparıcı distribütor şirkəti Rusiya istehsalçısı ilə müqavilə imzalayıb

"Kredit Evi"nin istiqrazlarına 50 investor 50 sifariş təqdim edib

"İnternational Leasing"in istiqrazlarına 50 investordan 50 sifariş

Azərbaycanda reklamla bağlı bir sıra dəyişikliklər qüvvəyə minib

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti
