Türkiyə və Gürcüstanda da fəaliyyət göstərən Azərbaycan bankı 102 milyon xalis mənfəət açıqladı
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb.PAŞA Bank may ayının 18-i keçirilən mətbuat konfransında 2022-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb.
Bank, 2022-ci ildə də Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, 9 milyard 217 milyon 947 min manat dəyərində olan cəmi aktivləri ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32% artıb (2021: 7 milyard 8 milyon 183 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi kapital həcmi 648 milyon 284 min manat təşkil edib (2021: 577 milyon 438 min manat).
31 dekabr 2022-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
- Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 36%
- Müştərilərə verilmiş kreditlər - 36%
- Qiymətli kağızlar portfeli - 20%
- Kredit Təşkilatlarına verilmiş kreditlər - 6%
- Digər cari və uzunmüddətli aktivlər - 2%

PAŞA Bank 2022-ci ildə ümumi kredit portfelini 8% artıraraq 3 milyard 388 milyon 59 min manata (2021: 3 milyard 123 milyon 469 min manat) çatdırıb və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3,38% (2021: 3,08%) təşkil edib. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2022-ci ildə 7 milyard 252 milyon 655 min manata (2021: 5 milyard 181 milyon 851 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 76% və 24% nisbətində cəmlənib (2021: 70% and 30%).
Bank, 2022-ci maliyyə ili üçün 101 milyon 926 min manat xalis mənfəət (2021: 102 milyon 317 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 390 milyon 403 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur (2021: 312 milyon 366 min manat). Bankın faiz gəlirləri 384 milyon 316 min manata, qeyri-faiz gəlirləri 92 milyon 673 min manata çatıb. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 24% təşkil edib.
2022-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 259 milyon 23 min manat (2021: 326 milyon 241 min manat) təşkil edib. PAŞA Bank 2022-ci ildə məcmu kapitalın adekvatlıq əmsalının 17.1% təşkil etdiyini açıqlayıb (2021: 13.4%).
PAŞA Bankın illər boyu fəaliyyəti ekspert icması tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ildə PAŞA Bankın kredit reytinqi Standard & Poor's tərəfindən uzunmüddətli 'B+' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilib.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
* Əksi göstərilmədikcə, bütün rəqəmlər 31 dekabr 2022-ci il tarixi etibarilə təqdim edilib və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
7 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























