Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Kapital Bank xarici bankdan 50 milyon manat cəlb edib – İlk dəfə

Xarici investor Kapital Banka 50 milyon manat yatırıb.
AzVak-mobil_resmin_ustu_31
Kapital Bank xarici bankdan 50 milyon manat cəlb edib – İlk dəfə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib.

Bankın yaydığı məlumatda bildirilir ki, bu, Kapital Bankın milli valyutada olan istiqraz vasitəsilə xarici bankdan vəsait cəlb etdiyi ilk əməliyyatdır.

Xarici bankın Kapital Bank-ın istiqrazlarına investisiya etməsi, bankın resurs bazasının diversifikasiyası ilə yanaşı, xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Qeyd edilib ki, Kapital Bank 2024-cü ildən etibarən yerli kapital bazarlarında aktiv fəaliyyət göstərir. Bu müddət ərzində Bank ümumilikdə 170 milyon ABŞ dolları və 260 milyon manat həcmində 11 istiqraz buraxılışını uğurla həyata keçirib. Əvvəlki istiqraz buraxılışlarına yerli investorlar tərəfindən formalaşan yüksək tələb bankın yerli kapital bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan yaradıb.

Yeni istiqraz yerləşdirməsi ilə Kapital Bank investor bazasının coğrafiyasını genişləndirərək xarici maliyyə institutlarının da yerli kapital bazarı vasitəsilə banka vəsait yatırmasına imkan yaradıb. Xarici investorun iştirakı Azərbaycanın qiymətli kağızlar bazarının potensialının və yerli maliyyə institutlarına olan marağın artırılması baxımından da əhəmiyyətlidir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. 

Kapital Bank Kapital Bank istiqrazları Kapital Bank 50 milyon manat Kapital Bank xarici investor xarici bank investisiyası Bakı Fond Birjası BFB istiqraz yerləşdirilməsi qapalı yerləşdirmə institusional investor manat istiqrazları korporativ istiqrazlar bank istiqrazları Azərbaycanın kapital bazarı qiymətli kağızlar bazarı xarici maliyyələşmə PAŞA Holding Kapital Bank istiqraz buraxılışı 2026 investisiya maliyyə bazarlar
09.10.2026 10:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19