Azərbaycan 84 ölkəyə məhsullar satıb, 149 ölkədən məhsullar alıb
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 84 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 370,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 5 milyard 719,7 milyon dollarını və ya 68,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 651,0 milyon dollarını (31,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3 milyard 68,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,7 faiz, real ifadədə 4,5 faiz, o cümlədən idxal 10,9 faiz, ixrac isə 2,4 faiz artmışdır.
2023-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 36,6 faiz, real ifadədə 32,3 faiz artaraq 651,4 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 19,5 faizi İtaliya, 12,5 faizi Türkiyə, 10,6 faizi Rusiya, 5,6 faizi Çin, 5,3 faizi Almaniya, 4,7 faizi İsrail, 4,0 faizi İspaniya, 3,8 faizi Rumıniya, 3,6 faizi Fransa, 3,4 faizi Hindistan, 2,5 faizi Çexiya, 2,4 faizi Gürcüstan, 2,0 faizi Yunanıstan, hər biri 1,5 faiz olmaqla Avstriya, Türkmənistan və Vyetnam, hər biri 1,4 faiz olmaqla İndoneziya, Qazaxıstan və İrlandiya, 11,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 29,3 faizini İtaliyaya, 12,3 faizini Türkiyəyə, 7,3 faizini İsrailə, 6,1 faizini İspaniyaya, hər biri 5,6 faiz olmaqla Almaniya və Rumıniyaya, 4,5 faizini Hindistana, 4,3 faizini Rusiyaya, 3,6 faizini Çexiyaya, 3,5 faizini Gürcüstana, 3,1 faizini Yunanıstana, hər biri 2,1 faiz olmaqla Avstriya və İrlandiyaya, hər biri 1,9 faiz olmaqla İndoneziya və Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,2 faizini Fransaya, 0,5 faizini Çinə, 3,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (42,0 faiz), Rusiyaya (21,1 faiz), Gürcüstana (9,9 faiz), Qazaxıstana (3,0 faiz), İsveçrəyə (2,9 faiz), Ukraynaya (2,8 faiz), Türkmənistana (2,4 faiz), Rumıniyaya (1,5 faiz), İtaliyaya (1,4 faiz), Niderlanda (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 21,3 faizi Rusiya, 14,3 faizi Çin, 12,9 faizi Türkiyə, 7,7 faizi Fransa, 4,7 faizi Almaniya, 3,4 faizi Türkmənistan, 3,1 faizi İran, 3,0 faizi Qazaxıstan, 2,9 faizi ABŞ, 2,8 faizi İtaliya, hər biri 1,9 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Belarus, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq və Ukrayna, 1,4 faizi Hindistan, 0,9 faizi Polşa, 0,8 faizi Braziliya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 59,2 faiz, meyvə və tərəvəz şirələri – 98,6 faiz, meyvə və tərəvəz konservləri – 2,0 dəfə, çay – 13,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,4 dəfə, polipropilen – 2,0 dəfə, polietilen – 3,6 faiz, emal olunmamış alüminium – 18,2 faiz mineral gübrələr – 23,9 faiz, qara metallardan borular – 6,6 faiz, sement klinkerləri – 14,5 faiz artmış, təzə meyvə ixracı isə 6,8 faiz, təzə tərəvəz – 13,5 faiz, tütün – 45,0 faiz, bitki yağları – 72,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 57,1 faiz, kartof – 48,3 faiz, pambıq lifi – 45,2 faiz, pambıq ipliyi – 11,9 faiz, bentonit gili – 26,8 faiz, qara metallardan çubuqlar – 52,7 faiz azalmışdır.
2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2023-cü ilin yanvar-fevral aylarında buğda idxalı 78,0 faiz, şokolad və şokolad məhsulları – 22,6 faiz, unlu qənnadı məmulatları – 2,3 faiz, çay – 10,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,8 faiz, minik avtomobilləri – 25,3 faiz, dərman vasitələri – 26,4 faiz, polad prokatı – 70,9 faiz, qara metallardan borular – 21,2 faiz, rezin şinlər – 30,0 faiz, sintetik yuyucu vasitələr – 19,1 faiz, yük avtomobilləri – 30,4 faiz, polietilen – 45,8 faiz, qara metallardan çubuqlar – 13,2 faiz, mebellər – 7,3 faiz, mineral gübrələr – 60,2 faiz, paltaryuyan maşınlar – 52,1 faiz artmış, təzə meyvə idxalı isə 10,4 faiz, xam şəkər – 27,5 faiz, bitki yağları – 55,8 faiz, kartof – 21,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 35,4 faiz, təzə tərəvəz – 22,3 faiz, mal əti – 13,2 faiz, siqaretlər – 46,2 faiz, hesablama maşınları, blok və qurğuları – 16,5 faiz, qara metallardan künclüklər – 14,1 faiz, polipropilen – 9,1 faiz, məişət kondisionerləri – 64,2 faiz, avtobuslar – 66,7 faiz, məişət soyuducuları – 36,9 faiz, sement – 5,1 faiz azalmışdır.
Müştərilərin xəbərləri
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Universitet tələbələri investorlar qarşısında: "SABAH.academy" 6-cı "University Demo Day" tədbirini keçirib
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 4 gün sonra
-
- 1 gün sonra
-
15 saat əvvəl
Şuşada dövlət-özəl tərəfdaşlığı çərçivəsində işlər həyata keçirilib
-
15 saat əvvəl
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olu
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Sığorta şirkətlərinin 21-ci ofisi “Sea Breeze”də açılıb
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Qızıl alanlara vacib xəbər - Qlobal bank: Qızıl daha da ucuzlaşa, 3 min 800 dollara düşə bilər






















