Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə SOCAR tərəfindən dəstək tədbirləri davam etdirilir
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə SOCAR tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bir neçə istiqamət üzrə icra edilən tədbirlərə zəlzələdən zərər görən Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfa kimi şəhərlərdə fasiləsiz olaraq bütün təcili yardım, yanğınsöndürmə və digər xilasetmə maşınlarına pulsuz benzin və dizel təchizatı, o cümlədən zəlzələ bölgəsindən 373 Azərbaycan vətəndaşının təxliyəsinə dəstək göstərilməsi, zərər çəkən həmkarlarımız və onların yaxınlarının zəruri ehtiyaclarının təmin edilməsi, habelə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) və AHBAP xeyriyyə cəmiyyətinə birbaşa ianələrin göndərilməsi, paltar, su, qida məhsulları, uşaq bezləri, çadır, generator, dərman preparatları kimi təcili ehtiyacların qarşılanması daxildir.
Həmçinin, SOCAR-ın Türkiyədəki əməkdaşları tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilib. Bu xüsusda 3-ü həkim olmaqla, ümumilikdə 25 həmkarımız birbaşa axtarış-xilasetmə işlərinə cəlb olunub, eyni zamanda, əməkdaşlarımız tərəfindən AFAD, Kızılay və AHBAP platformalarına fərdi ianələr edilib.
Hazırda zəlzələdən zərər çəkən bölgələrə dəstək tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
13 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
30 d. əvvəl
Bu axşam qızılın qiymətinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
-
44 d. əvvəl
Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
-
1 saat əvvəl
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya FED-in qərarını gözləyir – 100 iqtisadçıdan 94-ü eyni fikirdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Almaniyanın avtomobil sənayesində mənfəət böhranı dərinləşir – “Mercedes-Benz” də proqnozunu aşağı saldı
Rəsmi məzənnələr açıqladı



























