970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb

Azərbaycanda hotellərdə gecələmələr azalır. Ölkə hotellərində gecələmələrin yarıdan çoxu Bakının payına düşür. Azərbaycanda hotellərin tutumundan istifadə səviyyəsi 23 faizə düşüb. Naftalan hotellərin tutumundan istifadə səviyyəsinə görə Bakını geridə qoyub. Bakı xarici turistlərin hotel gecələmələrinin 81 faizindən çoxunu cəmləşdirib
AzVak-mobil_resmin_ustu_31
Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dövlət Statistika Komitəsi2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3239,3 min olub. Gecələmələrin ümumi sayının 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,6 faizi Şuşada, 1,5 faizi Şamaxıda, hər birində 1,2 faiz olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 faiz olmaqla Şabran və Qaxda, 9,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Reklam_3_11

2026-cı ilin yanvar-sentyabr aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 4,7 faiz azalaraq 1845,6 min olub ki, bu da ümumi gecələmələrin 57,0 faizini təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası, 9,2 faizi İsrail, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, hər biri 4,2 faiz olmaqla Pakistan və Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya, hər biri 2,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və  ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, hər biri 0,7 faiz olmaqla Koreya Respublikası, İran və Ukrayna, 23,5 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 1393,7 min olub ki, bu da ümumi gecələmələrin 43,0 faizini təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 23 faiz olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25 faiz). Bu göstərici Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz, Lənkəranda 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda 20,5 faiz, Beyləqanda 19,1 faiz, Bərdədə 18,7 faiz, Qubada 16,9 faiz, digər şəhər və rayonlarda isə 16,9 faizdən aşağı olub.

Azərbaycan hotelləri hotel statistikası 2026 hotellərin gəlirləri 497 milyon manat Azərbaycanda turizm turizm sektoru Dövlət Statistika Komitəsi mehmanxanaların fəaliyyəti hotel gecələmələri hotel doluluğu hotellərin tutumundan istifadə Bakı hotelləri Naftalan hotelləri Qusar hotelləri Qəbələ hotelləri Xaçmaz hotelləri xarici turistlər yerli turistlər Azərbaycana gələn turistlər turizm gəlirləri hotel sektoru mehmanxana biznesi Azərbaycanda otel qiymətləri 2026 yanvar-sentyabr turizm statistikası turizm iqtisadiyyatı
28.10.2026 10:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19