2022-ci ildə Çin iqtisadiyyatı hökumətin hədəfindən az artıb - 18 trilyon dollar
Çin iqtisadiyyatı 2022-ci ildə illik müqayisədə 3 faiz artıb.Çin Milli Statistika Bürosunun (UIB) məlumatına görə, Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin yanvar-dekabr dövründə 2021-ci illə müqayisədə 3 faiz artaraq 121 trilyon yuan (təxminən 18 trilyon dollar) təşkil edib.
Marja xəbər verir ki, bu, Covid-19 pandemiyasının təsirlərinin ciddi hiss olunduğu 2020-ci ildə 2,2 faizlik artımdan sonra 1976-cı ildən bəri Çində qeydə alınan ən aşağı illik iqtisadi artımdır.
İqtisadi artım tempi Çin hökumətinin 2022-ci il üçün nəzərdə tutduğu 5,5 faizlik hədəfdən aşağıdır.
1976-cı ildəki son azalmadan sonra Çin iqtisadiyyatı 2020-ci il istisna olmaqla, 46 il ərzində yüksək artım templərini qoruyub saxlayıb.
4-cü rünbdə iqtisadiyyat 2,9% artıb
Milli Statistika Bürosu ilin son üç ayında artımın 2,9 faiz olduğunu bildirib. Çin iqtisadiyyatı 2022-ci ilin birinci rübündə 4,8 faiz, ikinci rübdə 0,4 faiz, üçüncü rübdə isə 3,9 faiz artıb.
UİB məlumatlarına görə, sənaye istehsalı dekabr ayında 1,3 faiz, 2022-ci ildə isə 3,6 faiz artıb. İstehlak və tələbin vəiyyətini göstərən pərakəndə satışlar dekabrda 1,8 faiz, il ərzində isə 0,2 faiz azalıb.
Əsas kapitala investisiyalar, o cümlədən infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri ilin 12 ayında əvvəlki ilə nisbətən 5,1 faiz artıb. İnfrastruktur investisiyaları 9,4 faiz, emal sənayesinə investisiyalar 9,1 faiz artdığı halda, daşınmaz əmlak sektorundakı böhran səbəbindən daşınmaz əmlak investisiyaları 10 faiz azalıb.
Gənclər arasında işsizlik hələ də yüksəkdir
Şəhərlərdə işsizlik nisbəti noyabrda 5,7% ikən, dekabrda 5,5%ə düşüb. 16-24 yaş qrupunda işsizlik nisbəti isə noyabrda 17,1%dən dekabrda 16,7%yə düşüb. İyul ayında 19,9 faizlə rekord səviyyəyə çatan gənclər arasında işsizlik il boyu yüksək olaraq qalıb.
2022-ci ildə ölkədə təqribən 12 milyon yeni iş yerinin açıldığı bildirilsə də, hələ də yüksək işsizlik rəqəmləri iqtisadi canlanmanın kövrəkliyinə işarə edir.
Çində Covid-19 səbəbindən tətbiq edilən bağlanma tədbirləri və karantin məhdudiyyətləri iqtisadi artım sürətinin aşağı düşməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 24 d. əvvəl
- 30 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
- 47 d. əvvəl
-
50 d. əvvəl
Dövlət Neft Fondu İndoneziyanın nəhəng investisiya holdinqi ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Google-un sahibi “Alphabet”in gəliri 25% artıb, xalis mənfəəti isə 25% azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
Ən çox oxunanlar
Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Əhali dollar satır, Mərkəzi Bank alır - Azərbaycanda dollar bolluğu
Yeni Ombudsman seçiləcək
Azərbaycana xaricdən pul axınında müsbət fərq böyüyüb – 70 faizlik artım, 830 milyon dolları keçib
Mərkəzi Bank Azərbaycanda inflyasiya proqnozlarını yenilədi – 2026 və 2027-ci illərdə qiymətlər nə qədər artacaq?























