Mərkəzi Bank məcburi ehtiyat normalarını artırdı - KREDİT FAİZLƏRİ ARTA BİLƏR
Məcburi ehtiyat norması milli valyutada depozitlər üzrə 4%-dən 5%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-dən 6%-ə qaldırılıb. Bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşacaq.Mərkəzi Bank tərəfindən pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması üçün məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yaranmışdır.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.
Məlumat üçün qeyd edilib ki, pul bazası 2022-ci ildə 12.1% artmışdır.
Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19.12.2022-ci il tarixli 57/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
Eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli 60 nömrəli qərarı ilə məcburi ehtiyat normaları aşağıdakı kimi müəyyənləşdirilmişdir:
• milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;
• xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;
• milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatadək olan hissəsi üzrə 5%;
- milli valyutada hüquqi şəxslərin depozitlərinin bir milyard manatı üstələyən hissəsi üzrə 10%;
• xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manat ekvivalentinədək olan hissəsi üzrə 6%;
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;
• qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.
Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılmışdır.
"Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0.16% və 0.01% artırıcı təsir göstərir.
Qərara alınmışdır ki, 2023-cü ilin yanvar ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar",- məlumatda deyilir.
“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılmışdır.
XXX
Məcburi ehtiyatlar - əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.
Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 5%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 5%-ni, yəni 50 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 950 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını qaldırdığı təqdirdə kommersiya bankı cəlb etdiyi əmanətin daha az hissəsini kredit kimi verə bilir.
Məcburi ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. Mərkəzi bank bu ehtiyatların saxlanılması üçün faiz ödəmir.
"Məcburi ehtiyat normaları" qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini mərkəzi bankın hesabında "dondurulmuş" vəziyyətdə saxlamağa məcbur edir. Banklar bu vəsaitlərdən kredit kimi istifadə edə bilmir. Deməli, mərkəzi bank məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara əlavə likvidlik verməklə kreditlərin və pul kütləsinin genişlənməsinə, bazar faizinin aşağı düşməsinə gətirib çıxarır.
Məcburi ehtiyat normaları artırılan zaman bankların kredit faizi dərəcələrində artım müşahidə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
-
1 saat əvvəl
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
-
1 saat əvvəl
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
-
1 saat əvvəl
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
-
1 saat əvvəl
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
-
1 saat əvvəl
Avropa Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
-
3 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir
Ən çox oxunanlar
Azvak.az-da yeni iş elanları
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi!
“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatıb
Rusiya yanacaq idxalına başlaya bilər
Yapon yeni 1986-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
























