Rusiya Mərkəzi Bankından sürpriz qərar olmadı
Bazarın gözləntilərinə uyğun olaraq, Rusiya Mərkəzi Bankı ardıcıl ikinci iclasında uçot dərəcəsini dəyişməz saxlayıb. Rusiya Bankının Direktorlar Şurası dekabrın 16-da keçirilən iclasında əsas uçot dərəcəsini illik 7,5% səviyyəsində saxlamaq qərarına gəlib. Eyni qərar şuranın oktyabrda keçirilən iclasında da qəbul edilmişdi. Bundan əvvəl, altı ay ərzində Mərkəzi Bank ardıcıl olaraq hər iclasda əsas uçot dərəcəsini rekord səviyyədə olan 20%-dən aşağı salırdı.Rusiya Mərkəzi Bankı ardıcıl ikinci iclasında uçot dərəcələsini dəyişməyib.
Marja.az xəbər verir ki, Bank faizini 7,5 faiz səviyyəsində sabit saxlayıb. Açıqlamadan sonra rubl itkilərini davam etdirib və dollar qarşısında daha 0,5 faiz ucuzlaşıb.
Mərkəzi bank oktyabr ayında faiz dərəcələrini müharibədən əvvəlki səviyyələrdən aşağı salmaq üçün altı addımda 12,5 faiz bəndi yumşalddıqdan sonra “neytral mövqe” qəbul edib. İstehlak qiymətlərinin kəskin aşağı düşməsindən ruhlanan ölkə fevralın sonlarında işğaldan sonra tətbiq edilən misli görünməmiş tədbirləri tez bir zamanda yumşaldır, çünki iqtisadiyyat ABŞ və müttəfiqlərinin sanksiyalarının təzyiqi altında böhrana düşür.
Rusiyada inflyasiya aprel ayında 18% ilə pik səviyyəyə çatdıqdan sonra, hazırda 12% ətrafındadır.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
12 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq





























