Dünyanın ən varlı adamı artıq Mask deyil
Teslanın bazar dəyəri 500 milyard dollardan aşağı düşüb, onun rəhbəri İlon Mask isə milyarderlər reytinqində ikinci yerə geriləyib. Tesla səhmlərinin düşməsindən sonra dünyanın ən varlı adamı Louis Vuitton-un rəhbəri Bernard Arnault olub.Bloomberg-in məlumatına görə, "artıq Dünyanın ən varlı insanı Twitter-də paylaşım etməyən iş adamıdır".
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Tesla səhmlərinin bazar dəyəri 500 milyard dollardan aşağı düşdükdən sonra onun rəhbəri İlon Maskın sərvəti də azalıb. Maskın sərvəti 163,6 milyard dollara qədər geriləyib və Mask Bloomberg Milyarderləri Siyahısında ikinci yerə düşüb. Maskın sərvəti bir gündə 4 milyard dollar azaldığı halda, 2022-ci ildə ümumi sərvət itkisi 106 milyard dolları keçib.
Maskın tənəzzülündən sonra Fransız lüks imperiyası - Louis Vuitton-un rəhbəri Bernard Arnault birinci yeri tutub.
Bernard Arnault hazırda 170 milyard dollardan çox sərvəti ilə dünyanın ən varlı adamıdır. Pul siyasətinin sərtləşdirilməsi ilə əlaqədar qlobal bazarlarda kəskin dalğalanmaların yaşandığı bir ildə Arnaultun sərvəti cəmi 7 milyard dollar "əriyib".
Arnault dünyanın ən böyük lüks qrupu Louis Vuitton və şampan markası Dom Perignondan Christian Dior-a qədər 75 brendin rəhbəridir.
İlon Mask (Elon Musk) kimi milyarderlərdən fərqli olaraq, Arnault görkəmli ad deyil. O, həmçinin Twitter kimi sosial platformalarda da fəal iştirak etmir.
Bir neçə gün öncə 73 yaşlı Arnault qısa müddət ərzində milyarderlər siyahısına başçılıq etmişdi, lakin Mask sonra titulunu geri almışdı. Ancaq Tesla səhmlərindəki ucuzlaşmanın artması ilə iki ad arasındakı sərvət "uçurumu" genişlənib.
Oğluna böyük vəzifə verib
Bernard Arnaultun ikinci övladı Antuan, ailənin lüks konqlomerat LVMH-dəki (Louis Vuitton) səhmlərinin əksəriyyətinə sahib olan "Christian Dior SE" holdinqinin baş direktoru (CEO) olub. Şirkətdən verilən məlumata görə, 45 yaşlı Antuan Arnault 71 yaşlı Sydney Toledano-nu "Christian Dior"un baş direktoru və vitse-prezidenti vəzifəsində əvəzləyib.
Bu ilin əvvəlində Bernard Arnault LVMH üzərində uzunmüddətli ailə nəzarətini təmin etmək üçün holdinqdə bəzi düzəlişlər edib. Bu qaydaların bir hissəsi olaraq, şirkət CEO üçün yaş məhdudiyyətini ləğv edərək, 73 yaşlı Arnaultun 80 yaşına qədər rəhbərlikdə qalmasına icazə verib.
Arnaultun beş uşağı LVMH-də və ya onun brendlərində çalışır. Milyarderin qızı Delphine qrupun ən böyük brendi olan Louis Vuitton-da baş məhsul meneceridir. Kanadalı konsert pianoçusu Helene Mercier ilə ikinci evliliyindən kiçik oğlu da biznesin içindədir. Alexandre, təxminən iki ildir ki, Tiffany & Co.-da məhsul və kommunikasiyalara cavabdehdir. Frederik İsveçrə saat istehsalçısı Tag Heuer-i idarə edir, Jean isə Louis Vuitton-da saat kateqoriyasını inkişaf etdirmək üçün çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 36 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
19 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb

























