Dövlət Neft Fondunun 2023-cü il büdcəsində böyük məbləğdə kəsir nəzərdə tutulur
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsi 2 milyard 401 milyon 400 min manat kəsirlə proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Rəyində bildirilir.
“Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-ÇıraqGünəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barrel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 milyon barrel) nisbətən 23,5 milyon barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 milyard kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 milyard 990,9 manat proqnozlaşdırılmasına, xərclərinin isə 11 milyard 392,3 milyon manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərməklə yanaşı, növbəti ildə Fondun büdcəsinin kəsirlə (-2 milyard 401,4 milyon manat) proqnozlaşdırılmasına şərait yaratmışdır”,- Rəydə deyilir.
Qeyd edilib ki, Dövlət Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri cari ilin proqnozlaşdırılan gəlirlərindən təqribən 1,8 dəfə az nəzərdə tutulmuşdur.
Fərman layihəsinə əsasən Fondun büdcə gəlirləri 8 milyard 990,9 milyon manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2021-ci ilin müvafiq icra göstəricisindən 6 milyard 994,8 milyon manat və ya 43,8%, 2022-ci ilin proqnozundan 6 milyard 798,2 milyon manat və ya 43,1%, 2022-ci ilin gözlənilən icra göstəricisindən isə 6 milyard 137,7 milyon manat və ya 40,6% azdır.
2023-cü il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 50 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 788 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi isə 1,7 səviyyəsində götürülmüşdür.
“Cari ilin 9 ayı üzrə Fondun büdcəsinin gəlirlərinin 72,0%, xərclərinin 57% icra olunması, həmçinin müvafiq tarixə xam neftin xalis mədaxil qiymətinin (100,8 ABŞ dolları) ilkin proqnozlaşdırılan (70 ABŞ dolları) məbləğdən 30,8 ABŞ dolları yuxarı olması, Fondun aktivlərinin cari ilin əvvəli ilə müqayisədə (45 milyard 25 milyon ABŞ dolları) 361 milyon ABŞ dolları və ya 0,8% artaraq 45 milyard 386 milyon ABŞ dollarına (2 milyard 461,8 miylon dolları büdcədənkənar xərclər nəzərə alınmaqla) çatmasına şərait yaratmışdır.
Fondun gəlir və xərclərinin 9 aylıq icrası, xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz qiymətləri ilə müqayisədə artıq, həmçinin Fondun əsas gəlir mənbəyi hesab edilən mənfəət neftinin və qazın satışından daxilolmaların 4 milyard 192,4 milyon manat və ya 28,0% artıq olmasına baxmayaraq, daxilolmalar üzrə Fondun vəsaitinin idarə edilməsindən 4 milyard 843,9 milyon manat məbləğində zərərin yaranması ehtimalı, ilin sonuna Fondun gəlirlərinin təsdiq edilmiş göstəricidən 660,5 milyon manat və ya 4,2% az icra edilməsi gözləntisini yaradır”,- Rəydə bildirilir.
Fondun cari ilin 9 ayı üzrə gəlirləri 11 milyard 365,9 milyon manat və ya təsdiq edilmiş gəlirlərin 72%-i, xərcləri isə 6 milyard 566,9 milyon və ya təsdiq edilmiş xərclərinin 57 %-i həcmində icra olunmuşdur.
Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70 ABŞ dolları nəzərdə tutulduğu halda, 2022-ci ilin 9 ayı ərzində xalis mədaxil qiyməti 100,8 ABŞ dolları təşkil etmişdir. Fondun aktivlərinin 30.09.2022-ci il tarixə qalığı 45 milyard 386 milyon ABŞ dolları olmuşdur.
Müştərilərin xəbərləri
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
1 saat əvvəl
Trampdan yeni təhdid: “Hörmüz açılmasa, İranı çox sərt vuracağıq”
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Tegeta Motors Baku" Bakıda "Bridgestone Concept" mağazasını açdı
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Avqustun 6-da gözlənilən hava şəraiti
Nazir Rəşad Nəbiyev Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb
"PAŞA Holding" və Bakı Arbitraj Mərkəzi arasında “LEGIS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalandı
Ən çox oxunanlar
Xalq Bankdan girovsuz biznes krediti ®
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
Ağır texnikalar dağ çaylarına cəlb edilib
Ağdam Sənaye Parkı Sumqayıtdan sonra ikinci yerə yüksəlib
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
Expressbankda yeni təyinat olub




















